Əsas Səhifə > Siyasət, Manşet > Dövlət Gömrük Komitəsinin sədri postunda dəyişiklik

Dövlət Gömrük Komitəsinin sədri postunda dəyişiklik


2-11-2015, 09:26
Dövlət Gömrük Komitəsinin sədri postunda dəyişiklik
DİA.AZ: - Artıq parlament seçkiləri geridə qalmış hesab oluna bilər. Bu siyasi mərhələnin ardından rəsmi Bakının islahatlara baş vuracağı əvvəlindən bəlli idi və proses elə seçki günü ərəfəsi də davam etməkdə idi.

DİA.AZ-a bu barədə danışan məlumatlı mənbə iddia edir ki, indi isə hakim dairələr daha sərt və qərarlı addımların atılmasını, islahatların həyata keçirilməsini planlayırlar.

Məlumata görə, bir neçə dövlət qurumunun ləğvi, habelə bir neçə oliqarx-məmurun "zərərsizləşdirilməsi" ilə müşaiyət olunacaq bu presosde hədəfdə olan idarələr sırasında Dövlət Gömrük Komitəsinin adı daha qabarıq çəkilir.

Dia.az-a bildirilənə görə, DGK rəhbəri Aydın Əliyev bu günlərdə - bəlkə də bu həftə ərzində vəzifəsindən azad ediləcək. Mənbənin söylədikləri: "İslahatlar çərçivəsində "vurulacaq" Aydın Əliyevin yerinə gömrüyün nüfuzlu və gənc simalarından birinin təyinatı göslənilir. Bu isə gömrük orqanlarında yeni siyasətin yürüdülməsi naminə hesablanmış addım kimi dəyərləndirilməlidir".

Geri qayıt