Əsas Səhifə > Siyasət, Manşet > Daha bir dövlət qurumunun adı MTN qalmaqalında

Daha bir dövlət qurumunun adı MTN qalmaqalında


26-10-2015, 09:12
Daha bir dövlət qurumunun adı MTN qalmaqalında
“MTN olayları” ilə bağlı demək olar ki hər gün yeni məlumatlar yayılır. Əvvəllər bu nazirlikdə yüksək post tutan şəxslərlə yaxınlığa can atan məmurlar indi bütün əlaqələri və münasibətləri gizlətməyə çalışırlar. Ancaq hər şeyi ört-basdır etmək mümkün deyil.

Məlum məsələlərlə bağlı bu və ya digər şəkildə adı hallanan məmurlardan birinin də Azərsu ASC-nin rəhbəri Qorxmaz Hüseynovun olduğu üzə çıxıb. Belə ki, bununla bağlı cumhuriyyet.az olaraq əldə etdiyimiz məlumata görə, Q.Hüseynovun sabiq MTN generalı, qalmaqallı Akif Çovdarova qanunsuz limitlər ayırdıı üzə çıxıb. Bununla bağlı yayılan məlumatlara görə, “Akif Çovdarovun Abşeron rayonu Masazır qəsəbəsində yerləşən şəxsi mülkinə 11 km. uzunluğunda ayrıca su xətti çəkilib və bu çəkiliş üçün “qəhrəman” generaldan pul alınmayıb”. Necə deyərlər, Qorxmaz Hüseynov bu işi MTN–çiyə hədiyyə edib.

Ancaq "Azərsu" rəhbərinin Çovdarovun gözündə yüksəlmək üçün göstərdiyi səylər bununla yekunlaşmayıb. məsafə su kəməri çəkdirərək bir manat belə ödəməyib. Mənbənin sözlərinə görə Masazırdakı məlum mülk kifayət qədər böyük bir ərazini əhatə edir və burda istixanaları, balıq üçün xüsusi yerlər mövcuddur. Bu təsərrüfatlar üçün sərf edilən suya görə isə dövlətə heç bir haqq ödənilməyib. Azərsu həmin vəsaiti bu və ya digər formada sadə vətəndaşların cibindən ödətdirib.

Mövzu diqqətimizdədir…

Geri qayıt