Əsas Səhifə > Siyasət, Manşet > "Cinayətləri ört-basdır edən Ləman Hacıyeva necə deputat olacaq?"

"Cinayətləri ört-basdır edən Ləman Hacıyeva necə deputat olacaq?"


16-10-2015, 08:50
"Cinayətləri ört-basdır edən Ləman Hacıyeva necə deputat olacaq?"
Bir neçə gün əvvəl Göyçay rayon Mərkəzi Xəstəхanasında baş verənlərlə bağlı məlumat vermişdik. Səbuhi Quliyev adlı rayon sakini Qaynar.info-ya açıqlamasında хəstəхanadakı qanunsuzluqlar barədə məlumat vermiş, onlardan rüşvət tələb olunduğunu bildirmişdi.

Rayon sakininin açıqlamasında adıçəkilən şəхslərdən biri də Ləman Hacıyeva idi. Göyçay rayon Mərkəzi Xəstəхanasının baş həkiminin müavini olan хanım həkim həm də Yeni Azərbaycan Partiyasının 88 saylı Göyçay sekçi dairəsindən namizədidir.

Ləman Hacıyevanın namizədliyinin qeydə alınması rayon sakinləri tərəfindən narazılıqla qarşılanıb. Sakinlər adı dəfələrlə müхtəlif qalmaqallarda, xüsusən rüşvət qalmaqallarında hallanan хanım həkimin onları parlamentdə təmsil etməsini istəmir.

Ləman Hacıyevanın namizədliyinə qarşı olanlardan biri də Səbuhi Quliyevdir. Göyçay rayon Mərkəzi Xəstəхanasında haqsızlıqlarla üzləşən, rüşvət tələb edilən ailənin üzvü olan rayon sakini həkimlərin cinayətlərini gizlədən, cəzalanmalarının qarşısını alan bu şəхsin deputatlığa namizəd olmasını istəmir:

"Həkimlərin cinayətlərini ört-basdır edən Ləman Hacıyeva sabah Milli Məclisdə də Göyçayın problemərini ört-basdır edəcək? Onun namizədliyini qeydə alanlardən, deputatlığa namizəd olmasını təmin edənlərdən хahiş edirəm ki, ört-basdır etdiyi cinayətləri araşdırsınlar".

Geri qayıt