Əsas Səhifə > Siyasət, Manşet > Şəkidə gözdən əlilin problemi "Qordi düyünü"nə dönüb...

Şəkidə gözdən əlilin problemi "Qordi düyünü"nə dönüb...


30-09-2015, 08:09
Şəkidə gözdən əlilin problemi "Qordi düyünü"nə dönüb...
DİA.AZ: - Neçə müddətdir ki, Şəki sakini 1-ci qrup gözdən əlil Rafiq Vəliyevin üzləşdiyi problem həll olunmaz olaraq qalmaqdadır. Hətta iş o həddə çatdı ki, dərdini mətbuata ünvanlayan gözdən əlilin dərdinə nəinki çarə qılmadılar, əksinə, onu şikayətini geri götürməsi üçün hədələdilər də.

İndi isə narazı vətəndaş yenidən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova ağız açmalı olub. Onun nazirə müraciətinin bir nüsxəsi də DİA.AZ-a daxil olub. Müraciətdə deyilir:

"Cənab nazir Sizin Nazirliyin adından Əminə Seyidzadə imzasıilə və Şəki şəhər İcra Hakimiyyətindən İcra başçısının müavini Firon müəllimin imzasıilə cavab məktubları almışam.
Hər ikisi Şəki ƏSMM müdiri Elçinin verdiyi saxta və əsası olmayan informasiyaları bir daha təkrar edərək qeyd edirlər ki, guya mən 1-ci qrup gözdən əlilin illik gəliri 5400 manatdır. Bu pulun 2900 manatını guya mən 0,94 ha torpaq sahəsindən gəlir kimi əldə edir, o birini isə təqaüdlərin hesablanması kimi hesablayıblar.

Mən bir daha Əmlak Komitəsinin 12 saylı ərazi İdarəsinin rəsmi məktubunu diqqətinizə çatdırıram ki, döngə nöqtələrinin düzgün olmadığı müəyyənləşərək torpaq sahəsinin koordinatlarını dəqiqləşdirmək üçün sənədlər Bakıya (dövlət Aktı üçün)göndərilmişdir. Yəni mən bu günə kimi həqiqətən torpaq sahəmlə bağlı Dövlət Aktı almamışam. Bu axı vətəndaşın günahı deyil ki, onu mütəxəssislər səhv işləyiblər. Bəli, mən də pay torpağımın harda və nə qədər olmasını bilmək istərdim. Digər amil. Həyat yoldaşımın adına olan torpaq sahəsi qaynatamın ailəsi tərəfindən (torpaq payları birlikdə olduğu üçün) birlikdə istifadə edilir. Yəni taxıl əkilir. Və bu 37 sot topaqda maksimum 2 ton bugda əldə etmək olar. Və bu məhsulun bugünki bazar qiyməti hər tonu 250 mantdan hesblansa bu da maksimum 500 amant illik gəlir deməkdir. Mən hələ məhsulun toxum pulu, yığılması , daşınması kimi xərcləri nəzərə almıram. Bəs onda reallıdan uzaq 2900 AZN pul gəlirini Sizin nazirliyin əməkdaşı xanım Ə.Seyidzadə necə hesabladı. O cümlədən 20 ildir ki, Şəki İcra Hakimiyyətində iqtisadi məslələr üzrə müavin hesab olunan boylu-buxunlu Firon müəllim hardan götürür bu saxta rəqəmləri?"

Daha sonra Şəki sakininin nazirə ünvnladığı müraciətinin dia.az-a daxil olan mətnində deyilir: "Sizin işçiniz Müdir Elçin evimə gəlib özünə aid olmayan məsləni məndən soruşur ki, sən niyə kəndə çəkilən asfaltla öz işini müqayisə etmisən?

Cavab verirəm ki, Cənab Prezidentin sərəncamı ilə 2 dəfəyə dövlət büdcəsindən ayrılmış 7 milyon manat pilun reallıqda heç cüzi hissəsini xərcləməmiş asfalt yolu tam yarımçıq qoyublar. İndi yenə gözləyirlər ki, Prezident yenə 7 mil. pul ayırsın ki, asfalt yolu başa vursunlar.Asfaltın vurulan hissəsi isə isə artıq keyfiyyətini itirib deformasiya edib və dalğalar əmələ gəlib. Avtomobillər hərəkət edərkən gəmi kimi ləmgər verir. Yəni həmin dövlət büdcədən mənim kimi 1-ci qrup gözdən əlilin ailəsinə 50 manat pul yardımı etməyə isə ƏSMM müdiri Elçin kimilər, Firon kimilər can çəkirlər. Guya bu saxta əməllərilə dövlət büdcəsinə filan qədər qənaət etmiş olurlar. Mən Elçinə evimin qabağında cavab verdim ki, asfalt yol çəkilişinin və mənimsənilən milyonların sənə dəxli yoxdur, get işinlə məşğul ol. Bu cavabdan sonra müdir Elçin dərhal keçdi mətləbə Yəni, mən Müdir Elçinin tələbilə Sizin rəhbəri olduğunuz Nazirliyə izahat yazmalıyam ki, guya müdir mənə deməyib ki, get nə qədər bacarırsan şikayət et, qələminə qüvvət!

Mən də müdirin bu özündənrazı tapşırığından ruhlanaraq şikayətimi edirəm ki, Nazirlik bir savadlı mütəxəssisi mənim yanıma göndərib reallıqda ailə vəziyyətimlə yerində tanış olsun və hesablasın ki, mənim qazancım nədir və hardandır? Və o zaman sübut etsin ki, sizə ünvanlı sosial yardım düşmür. Mən də bu məsləyə nöqtə qoyum.
Və bir daha müdir Elçinə müraciət etməyim. Sadəcə həmişəki kimi ümidimi Allaha bağlayıb yaşamağımda yox, sadəcə mövcud olmağmda davam edim.
Cənab nazir xahiş edirəm qeyd etdiklərimi nəzərə alıb məsləni şəxsi nəzarətinizə götürəsiniz. Təşəkkürlər!"

Qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt