Əsas Səhifə > Siyasət, Manşet > "91-lər"dən olan keçmiş kollec direktoru naziri məhkəməyə verməyə hazırlaşır...

"91-lər"dən olan keçmiş kollec direktoru naziri məhkəməyə verməyə hazırlaşır...


14-08-2015, 10:19
"91-lər"dən olan keçmiş kollec direktoru naziri məhkəməyə verməyə hazırlaşır...
Bir az əvvəl Bakıda yerləşən kolleclərdən birinin işdən çıxarılmış direktoru 91-lərdən olan Heydər Hüseynovla bağlı saytın elektron poçtuna daxil olan informasiya barəsində məlumat vermişdik. O zaman faktinfo.az saytına daxil olan məlumatlarda bildirilirdi ki, Heydər Hüseynov may ayının əvvəlində Bakı İdarəetmə və Texnologiya Kollecində işdən çıxarılıb, Azərbaycan Dəniz Balıq Sənaye Kollecinə direktor təyin olunub. Zamanında ümummilli lider Heydər Əliyevin şəxsən kollecə direktor təyin etdiyi Heydər Hüseynovun iyun ayının 15-də 65 yaşı tamam olub. Bu kollec direktoru üçün ikitərəfli bayram olub. Ad günü və ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışını təcəssüm etdirən 15 iyun Qurtuluş bayramını qeyd edən Heydər Hüseynov elə həmin gün də işdən azad olunub. Lakin Heydər Hüseynov əksinə, təltif ediləcəyini gözləyirmiş.

Hətta, məlumatlarda o da qeyd olunurdu ki, əgər Heydər Hüseynovu işdən çıxaracaqdılarsa, nədən bir aylıq digər kollecə təyin edirdilər? Burada məqsəd nə idi? Bəlkə təhsil naziri Mikayıl Cabbarov Heydər Hüseynovu qohumu Elşad İsgəndərova qarşılıq işdən çıxarıb? Çünki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İsgəndərov Mikayıl Cabbarovun qohumu, hazırki sədr Mübariz Qurbanlı isə Heydər Hüseynovun bacanağıdır, – kimi fikirlər də daxil olan mətndə öz əksini tapırdı.

Hazırda isə saytımızın elektron poçtuna əlavə məlumatlar daxil olur ki, Heydər Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə teleqramlar vurur, işinə bərpa olunmaq istəyir. Bu mümkün olmadıqda, çarəsiz qalıb məhkəməyə müraciət edəcəyi qeyd olunur. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt