Əsas Səhifə > Siyasət, Manşet > "Azərişıq" gələndən yeni bir problem də ortaya çıxıb...

"Azərişıq" gələndən yeni bir problem də ortaya çıxıb...


27-07-2015, 09:46
"Azərişıq" gələndən yeni bir problem də ortaya çıxıb...
DİA.AZ: - "İşıqpulu məsələsinin "Azərişıq"a həvalə olunmasından sonra Sabirabad sakinlərinin günü göy əskiyə bükülüb". Bu sözlər DİA.AZ-a ünvanlanmış müraciətdə yer alıb.

Narazılıq edən Sabirabad sakinləri bildirirlər ki, əvvəllər əgrə onlar istifadə etdikləri elektrik enerjisinə görə ödəməni müxtəlif ödəmə nöqtələrində və həm də köçürmə yolu ilə edə bilirdilərsə, indi artıq Sabirabadda bu qeyri-mümkündür.

Sakinlər dia.az-a yazır: ""Azərişıq" gələndən sonra işıqpulunu nağd formada yerli poçt idarəsində ödəməli oluruq. İndi özünüz təsəvvür edin, bütün Sabirabad camaatı işıqpulu ödəyə bilməsi üçün hansı əzoyyətə qatlaşır".

DİA.AZ bildirir ki, səlində belə bir problem digər rayonlarda müşahidə olunmayıb ki, bu da yerli məmurların əlavə gəlir götürmə istəyi faktorunu ortaya çıxarır.

Araşdırmalarımız davam edir. Əlavə bilgilər verəcəyik. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt