Əsas Səhifə > Siyasət, Manşet > Keçmiş nazirin qardaşı Azərbaycan dövləti ilə kəllə-kəlləyə gəlir?

Keçmiş nazirin qardaşı Azərbaycan dövləti ilə kəllə-kəlləyə gəlir?


16-06-2015, 10:28
Keçmiş nazirin qardaşı Azərbaycan dövləti ilə kəllə-kəlləyə gəlir?
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyev Azərbaycan hökumətini məhkəməyə verir. Bu barədə JAM.AZ-a Əliyevlərin yaxın adamlarından məlumat daxil olub.

Həmin məlumatda deyilir ki, Rafiq Əliyevin Azərbaycan hakimiyyətinə qarşı qaldırdığı iddia bir zamanlar rəhbəri olduğu və həbsi zamanı əlindən alındığı deyilən «Azpetrol» şirkəti ilə bağlıdır. Belə ki, sabiq nazirin qardaşı həbsindən sonra «Azpetrol»dakı payının böyük qisminin əlindən alındığını bildirir və onun geri qaytarılmasını tələb edir. Bunun üçün da Avropa Məhkəməsinə müraciət edərək, qərar çıxarılmasına çalışır.

Mənbənin JAM.AZ-a bildirdiyinə görə, Rafiq Əliyev iddiasının təmin edilməsində maraqlıdır və bununla bağlı əlində olan bütün sənədləri də iddianaməsinə qoşaraq, məhkəməyə təqdim edib. Prosesin nə zaman başlayacağı isə hələlik məlum deyil.

Qeyd edək ki, Rafiq Əliyev uzunmüddət «Azpetrol» şirkətinə rəhbərlik edib və 2005-ci ildə qardaşı Fərhad Əliyevlə birlikdə həbs olunub. Ona qarşı qaldırılan iddia isə korrupsiya və dövlət çevrilişinə cəhd olub. Lakin əfv fərmanı ilə azadlığa çıxan qardaşlar bir müddət Bakıda qaldıqdan sonra Londona daşınıblar. Orada xeyli müddətdir səssiz qalan Əliyevlər yenidən siyasi proseslərə qatıldıqlarınıt dolayısı ilə bəyan etməkdədirlər.

Geri qayıt