Əsas Səhifə > Siyasət, Manşet > "Mənə bu xəstəliyimlə əlaqədar 1-ci və ya 2-ci qrup hərbi əlilik təyin olunmalıdır"...

"Mənə bu xəstəliyimlə əlaqədar 1-ci və ya 2-ci qrup hərbi əlilik təyin olunmalıdır"...


1-06-2015, 09:30
"Mənə bu xəstəliyimlə əlaqədar 1-ci və ya 2-ci qrup hərbi əlilik təyin olunmalıdır"...
DİA.AZ: - Laçın rayonundan məcburi köçkün, hal-hazırda müvəqqəti Ağcəbədi rayon Taxta körpü qəsəbəsi Laçın rayon obaları Qarqışlaq kəndində yaşayan hərbi əlil, ehtiyatda olan kiçik çavuş Eyvazov Elğün Bayram oğlu mək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova və onun müavinlərinə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir:

"Hörmətli cənab Sədr! Məlumat üçün Sizə bildirmək istəyirəm ki, mən 04.07.2013-cü ildən 01.01.2015-ci il tarixədək Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olmuşam.
Təxris olunduqdan sonra Milli Onkologiya Mərkəzində cərahiyyə olunmuşam və sonradan şəhadətləndirilmək üçün Mərkəzi Hərbi Kliniki Hospitala göndərildim, müayinələr bitdikdən sonra Hərbi Həkim Komissiyasının qərarı ilə “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALINMIŞDIR” səbəb əlaqəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş, «Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə» əsasən təsdiq edilmişdir. Qeyd etmək istətirəm ki, mənə Respublika TSEK-i tərəfindən 3-cü qrup hərbi əlillik təyin olunub, lakin bu düzgün təyin edilməyib, mənə bu xəstəliyimlə əlaqədar 1-ci və ya 2-ci qrup hərbi əlilik təyin olunmalıdır.

Hörmətli cənab Sədr !

Sizdən xahiş edirəm ki, Respublika TSEK-na ciddi göstəriş verəsiniz ki, mənim hərbi əlillik qrupumun 1-ci və ya 2-ci qrup hərbi əlilik təyin etsinlər.

Yuxarıda qeyd ediklərimi tam şəkildə nəzərə alıb mənə kömək edəcəyinizə inanıram.
Geri qayıt