Əsas Səhifə > Siyasət, Manşet > İddia: AMİU-da tələbələrdən «diplom pulu» yığılır

İddia: AMİU-da tələbələrdən «diplom pulu» yığılır


21-05-2015, 09:16
İddia: AMİU-da tələbələrdən «diplom pulu» yığılır
Ötən gün xəbər vermişdik ki, Gəncə Dövlət Universitetində (GDU) tələbələrdən diplom üçün pul yığılır. Həmin məlumatlarda vurğulanırdı ki, sonuncu kurs tələbələrindən tələb olunan məbləğ 4000 manat civarındadır.

Bu gün isə başqa bir universitetin tələbəsi JAM.AZ-a yazıb ki, onun təhsil aldığı ali məktəbdə də eyni vəziyyət yaşanır. Fərhad adlı tələbənin bildirdiyinə görə, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində də tələbələrdən diplom üçün pul yığılır.

Onun sözlərinə görə, bu ilin əvvəlində tələbələrdən əvvəlcə 1200 manat tədris haqqı alınıb. Fevral-mart aylarından isə onlardan diplom üçün daha 1200 manat tələb olunur. Həmin vəsaiti verməyən tələbələr üçün problem yaradıldığı bildirilir.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt