Əsas Səhifə > Siyasət, Manşet > Arzu Rəhmovun adamından biabırçı özbaşınalıq: 9 ildir əlillik müavinəti alan gənci əsgər apardılar...

Arzu Rəhmovun adamından biabırçı özbaşınalıq: 9 ildir əlillik müavinəti alan gənci əsgər apardılar...


13-04-2015, 08:28
Arzu Rəhmovun adamından biabırçı özbaşınalıq: 9 ildir əlillik müavinəti alan gənci əsgər apardılar...
DİA.AZ: - DİA.AZ-a şikayət edən vətəndaş Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinin Ucar rayon şöbəsindəki qnunsuzluqdan giley edir. Həmin müraciəti təqdim edirik:

"Mən Quluyeva Gülşən Ağaysa qızı mətbuat vasitəsi ilə yazaraq ölkə prezidenti İlhal Əliyevdən kömək istəyir və bildirirəm ki Ucar rayonunda Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinin şöbə rəisi başa bəla polkovnik leytnant Həbib Əliyevin haqqında ciddi tədbir görəsiniz. Övladım Quluyev Əhliman Qəhrəman oğlu 1997 ci il təvəllüdlüdür və anadan gəlmə əlildir və pensionerdir. Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza Komissiyasından 2006 cı ildə keçərək artıq doqquz ildir ki rəsmən əlil kimi sosial müavinat alır.

Anadangəlmə əlil olan övladımı Ucar rayonunda hərbi həkim komissiyasında hərbi xidmətə yararlı kimi yazaraq xidmətə göndəriblər.

Cənab prezident, axı mənim xəstə övladımamı ehtiyacı var bu ölkənin? Hansı qanunda varki xəstə və əlil əsgər getsin? Azərbaycan hərbisində rəsmən əlil olan insan hal hazırda hərbi xidmət çəkir. Hansı güclü qüdrətli qoşunun 48 kilo çəkisi olan xəstə uşağa ehtiyacı ola bilər axı ?

Cənab prezident, Sizdən xahiş edirəm övladımı mənə geri verəsiniz. Bu uşaq hərbi xidmət çəkməyə yararsızdır bir ayağı yerə çatmır şikəstin qoşunda nə işi var axı?

Bir ana kimi yalvarıram cənab Prezident, övladımı ölməyə qoymayın.

Cənab Zakir Həsənov, Sizdən xahiş edirəm, əlil övladımı mənə qaytarın. Müdafiə Nazirliyinin Hərbi Hospitalında təkrar komissiya təşkil edilsin.

Cənab Arzu Rəhimov, Sizdən də xahiş edirəm, bu başa bəla polkovnik-leytnantınızı işdən azad edin və həkim komissiyalarınızın fəaliyyətinə ciddi fikir verin ki neçə-neçə anaların gözü yaşlı qalmasın .

Cənab Xanlar Vəliyev, Sizdən xahiş edirəm, bu qanunsuzluğa hərbi prokror kimi göz yummayın".

Dia.az olaraq bütün bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt