Əsas Səhifə > Siyasət, Manşet > Qarabağ veteranı olan həkim «Tac İnşaatçı» MTK-nın əlində aciz qalıb

Qarabağ veteranı olan həkim «Tac İnşaatçı» MTK-nın əlində aciz qalıb

8-04-2015, 08:55
Qarabağ veteranı olan həkim «Tac İnşaatçı» MTK-nın əlində aciz qalıb
«Bu gün ölkədə dövlət başçısının 348 və 349 saylı fərmanlarına qətiyyən riyayət edilmir. Bununla bağlı etdiyim müraciətlərə də cavab verilmir və nəticəsiz qalmaqdadır». Bu sözləri JAM.AZ-a həkim-ginekoloq, Qarabağ veteranı, Zəngilan rayonundan qaçqın düşmüş Səyyarə Babayeva yazıb.

O bildirir ki, «Tac İnşaatçı» MTK tikinti normalarına riyayət etməməklə yanaşı, onun müəssisəsinin hasarına bitişik 16 mərtəbəli bina tikir. «FHN, Şəhərsalma Komitəsi və Abşeron İcra Hakimiyyəti bu şirktin apardığı tikinti işlərini dayandırmaq əvəzinə, ona şərait yaradır. Halbuki Prezident İlham Əliyevin fərmanları məhz qeyd etdiyim qurumlar tərəfindən icra olunmalıdır».

Səyyarə Babayeva yazır ki, etdiyi şikayətlərdən sonra Abşeron İcra Hakimiyyəti və FHN-in nümayəndələri tikinti aparılan əraziyə baxış keçiriblər. «Onlar da etiraf etdilər ki, tikinti normaları şirktət tərəfindən kobud şəkildə pozulub. Lakin buna baxmayaraq, heç bir tədbir görmədilər».

Qarabağ veteranı olan həkim genekoloq dövlət başçısından yardım istəyir və «Tac İnşaatçı» MTK-nın qanunsuz tikinti işlərini dayandırması tədbir görülməsini xahiş edir.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt