Əsas Səhifə > Siyasət, Manşet > İki nazirlik arasında vəhhabi qalmaqalı

İki nazirlik arasında vəhhabi qalmaqalı


13-03-2015, 10:59
İki nazirlik arasında vəhhabi qalmaqalı
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Əmək Müfəttişliyi ölkədə fəaliyyət göstərən bir xeyli orta məktəbin rəhbərliyini cərimələyib. Bu barədə JAM.AZ-a təhsil sistemindən məlumat daxil olub.

Həmin məlumatda deyilir ki, Əmək Müfəttişliyinin belə bir addım atmasının səbəbi cərimə olunan məktəb direktorlarının əmək qanunvericiliyini pozaraq, heç bir səbəb göstərmədən, yalnız dini inancına görə müəllimləri işdən çıxarmaları olub.

JAM.AZ-a verilən məlumatda deyilir ki, xüsusən də Əmək Müfəttişliyi vəhhabiliyi qəbul etmiş müəllimlərin işdən çıxarılmasına belə sərt münasibət bəsləyib. Direktorları isə təəccbüləndirin əsas cəhət o olub ki, vəhhabi müəllimlərin işdən çıxarılması barədə təlimat Təhsil Nazirliyindən gəlib. Amma nazirlik məsələdə susur.

Məlumatda o da iddia edilir ki, əslində, Əmək Müfəttişliyinin belə bir addım atması, Təhsil Nazirliyinin susqun dayanması isə səbəbsiz olmayıb. Çünki bu işə Səudiyyə Ərəbistanı kralının qarışdığı və rəsmi Bakıdan məsələnin çözülməsi üçün xahiş etdiyi də verilən məlumatlar sırasında var.

Msələni dəqiqləşdirməyə çalışırıq. Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt