Əsas Səhifə > Siyasət, Manşet > Azərbaycan vəhabilərinin liderləri “kapitulyasiya” qərarı veriblər

Azərbaycan vəhabilərinin liderləri “kapitulyasiya” qərarı veriblər


2-03-2015, 09:14
Azərbaycan vəhabilərinin liderləri “kapitulyasiya” qərarı veriblər
DİA.AZ: - Keçən həftə redaksiyamızın elektron poçtuna anonim qaynaqlardan Azərbaycanda vəhabilərin radikal qanadının lideri kimi tanınan Əlixan Musayevin yaxın adamlarından birinin həbsi, özünün isə ölkədən qaçma xəbəri ötürüldü. Bildirək ki, DİA.AZ-a çatan xəbərdə Əlixan Musayevin “Burhan” adlı dükanında hüquq-mühafizə orqanları tərəfindən axtarışın aparıldığı və bu zaman vəhabi liderin xalası oğlu Mübariz Quliyevin həbsi qeyd olunurdu. Həmçinin bildirilirdi ki, Əlixan Musayev də bundan sonra ölkədən qaçmaq zorunda qalıb.

Bununla bağlı DİA.AZ-ın apardığı araşdırmalardan sonra aydın olub ki, əslində Əlixan Musayev həqiqətən də son zamanlar gərgin günlərini yaşayır və bu səbəbdən davamlı olaraq ölkəni tərk etmək zorunda qalır.

Məlumatlı mənbə dia.az-a bildirib ki, radikal vəhabilərin lideri kimi tanınan Əlixan Musayev artıq Azərbaycanda qalmağın asan olmadığını da yaxın çevrəsinəbildirib: “Onlar – Azərbaycan vəhabilərini yönəldən yerlilər qərara gəliblər ki, Türkiyəyə və yaxud da başqa bir ölkəyə köç edib, prosesləri də oradan idarə etsinlər”.

Geri qayıt