Əsas Səhifə > Siyasət, Manşet > Ağsuda narazılıq: “Bizi işləməyə qoymurlar, pul istəyirlər”

Ağsuda narazılıq: “Bizi işləməyə qoymurlar, pul istəyirlər”


28-02-2015, 10:54
Ağsuda narazılıq: “Bizi işləməyə qoymurlar, pul istəyirlər”
“10 ildir Ağsu rayon Mərkəzi Bazarında kiçik ticarətlə məşğul oluram. Əvvəllər yalnız icarə haqqını, vergini, sosial ödənişləri ödəyirdik. Son iki ildə icra başçısı Ənvər Seyidəliyevin adından bazar rəhbərliyi kiçik ticarətlə məşğul olan sahibkarldan “xərac yığır”. Pul verəməyənləri və ya verməkdən boyun qaçıranları bazardan qovurlar. İndiyə qədər onlarla sahibkar məhz elə bu səbəbdən bazardan qovulub”.

Bu sözlər Editor.az-ın elektron ünvanına Ağsu sakini tərəfindən daxil olan şikayət məktubunda əksini tapıb.

Adının çəkilməsini istəməyən şikayətçi bildirir ki, məsələ ilə bağlı indiyə qədər dəfələrlə müvafiq instansiyalara müraciət etsələr də, nəticəsi olmayıb.

Şikayət edənləri icra başçısının adından hədələyir, yeri gəlsə, onları rayondan qovacaqlarını deməkdən də çəkinmirlər.

Editor.az şikayətdə əksini tapan məqamlarla bağlı Ağsu rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışıb.

Əməkdaşımız rayon İcra Hakimiyyətinin web-saytında yerləşdirilən telefona zəng etsə də, zəngimizə cavab verən olmayıb.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik…

Geri qayıt