Əsas Səhifə > Siyasət, Manşet > Dəmiryol idarəsinin poçt şöbəsinin müdiri qanunları belə pozdu - Barəsində cəza kəsildi

Dəmiryol idarəsinin poçt şöbəsinin müdiri qanunları belə pozdu - Barəsində cəza kəsildi


30-01-2015, 10:39
Dəmiryol idarəsinin poçt şöbəsinin müdiri qanunları belə pozdu - Barəsində cəza kəsildi
DİA.AZ: - Dəfələrlə prezident İlham Əliyev tərəfindən məmurlara və məmur yaxınlarına qanunlara tabe olmaları ilə bağlı ciddi xəbərdarlıqlar olunub. Amma buna baxmayaraq, hələ də məmur uşaqları, imkanlı şəxslərin övladları «avtoş» kimi ictimailəşməkdədirlər. Az qala bu qəbildən olan məlumatlara hər gün rast gəlirik.

Vəziyyət o həddədir ki, məmur uşaqlarının, tanınmış şəxslərin «avtoş»luqları Dövlət Yol Polisi üçün də ciddi bir problemə çevrilib. Və DYP əməkdaşları bu «zümrəyə» qarşı mübarizədə bəzən aciz kimi görünür. Çünki bizdə elə bir qənaət yaradılır ki, sanki DYP əməkdaşları sürücülərin qanun pozuntularına göz yummalıdırlar və cəzaların sərtliyi fonunda DYP əməkdaşlarına bir qəzəb də formalaşdırmağa çalışırlar.

Bu dəfə isə DİA.AZ-a göndərilən videomaterialda DYP əməkdaşını əzməyə çalışan bir məmurdur. Özünü Dəmiryol idarəsinin poçt şöbəsinin müdiri kimi təqdim edən bu şəxs maşınında «avtoş»lara uyğun olaraq quraşdırılmış ksenon lampaların olmasından guya xəbərsiz imiş və buna görə ona cərimə yazan DYP əməkdaşını hətta gah hədələməyə çalışır, gah da şərləməyə…

Videomaterialı dia.az olaraq diqqətinizə təqdim edirik. Qeyd edək ki, hadisə yanvar ayının ilk günlərində DYP-nin Sabirabad postunda baş verib:


Geri qayıt