Əsas Səhifə > Siyasət, Manşet > Gəncə Dövlət Universiteti rektorunun ən yaxın adamının həbsi xəbəri yayıldı

Gəncə Dövlət Universiteti rektorunun ən yaxın adamının həbsi xəbəri yayıldı


29-01-2015, 09:34
Gəncə Dövlət Universiteti rektorunun ən yaxın adamının həbsi xəbəri yayıldı
DİA.AZ: - “Artıq bir neçə gündür ki, Gəncə Dövlət Universitetinin "Ekologiya və təbiəti mühafizə" kafedrasının müdiri Vaqif İnqilab oğlu Rəhimov korrupsiya faktı ilə əlaqədar hüquq mühafizə orqanları tərəfindən həbs edilmişdir”. Bu şok məlumatı DİA.AZ-ın elektron poçtuna yollayan anonim mənbə (halbuki müəllif kimi şərti adlar göstərilib –red.) qeyd edir ki, Vaqiuf Rəhimov Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun ən yaxın dostu və yaxın çevrəsinə daxil olanlardan biridir.

Daha sonra mənbə dia.az-a yazır: “Maraqlıdır, təhsil müəssisələrindəki korrupsiya və başqa faktlarla bağlı həbslər haqqında dərhal mətbuata xəbər verən müvafiq orqanlar nədənsə bu fakt haqqında mətbuata heç bir xəbər verməmişdir. Vaqif Rəhimovu rektor Yusif Yusibov ilə bağlayan sıcaq münasibətlər də burda az rol oynamır. Məhz Yusif Yusibovun təqdimatı ilə layiq olmadığı halda Təhsil Nazirliyinin 2012- ci il 20 dekabr tarixli 11/ 1333 nömrəli əmri ilə anadan olmasının 55 illiyi münasibəti ilə Vaqif İnqilab oğlu Rəhimov “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi ” döş nişanı ilə təltif edilmişdir”.

DİA.AZ olaraq bu iddialarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt