Əsas Səhifə > Siyasət, Manşet > Kərəm Həsənovun çətiri altında formalaşan yeni oluqarx - Şəmsi Şahvələdov dövlət əmlakını necə talayır

Kərəm Həsənovun çətiri altında formalaşan yeni oluqarx - Şəmsi Şahvələdov dövlət əmlakını necə talayır


27-01-2015, 09:30
Kərəm Həsənovun çətiri altında formalaşan yeni oluqarx - Şəmsi Şahvələdov dövlət əmlakını necə talayır
DİA.AZ: - Onu hamı Qazaxın Xanlıqlar kəndində maşın təmirçisi kimi tanıyırdı. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında aldığı ali təhsilə də qazaxlıların və onu şəxsən tanıyanların şübhəsi var. Çünki bu adam millətin gözü qarşısında hər gün gördüyü iş məlum olub. Şəmsinin ali məktəbdə necə oxuması maraqlıdır. Soruşan olsa müəllimindən tutmuş dekanına kimi tanımır. Hətta, əsgəri xidmətdə də olmayıb. Yəni, vətənpərvərlik ruhu, dövlətə məhəbbət, ulu öndərə sadiqlik rəmzi nə olduğunu əsla, bilən deyil. Buradan belə bir sual yaranır: - Bəs Şəmsi Şahvələdov necə olub ki, “cənnətə” düşüb?

DİA.AZ bildirir ki, ilk əvvəllər Şəmsi Şahvələdov maşın təmirindən sonra Qazaxdakı qohumunun əli ilə Azərbaycan Rspublikası Əmlak Komitəsinin Qazax rayon şöbəsinə mütəxəssis gətirildi. O, burada şöbənin müdri Kərəm Məmmədrzayevlə birləşərək dövlət əmlaklarını talan etməyə başladılar. Xalqa məxsus əmlaklarına özlərinə sərf edəcək qiymətlər qoyaraq özəlləşdirilməsinə nail oldular. Şəmsi ilk dəfə doğulduğu Xanlıqlar kəndindəki dərman saxlama anbarını ələ keçirdi. Ona bu şəraiti hektarlarla ərazisi olan dərman sexində çoxlu sayda payçıların payı olmasına baxmayaraq, sözügedən kəndin sovxoz direktoru, özünün yaxın qohumu Kamil Şahvələdov yaratmışdır.

Pula həris olan Şəmsi Qazaxın mal bazarına gedən yolun üstündəki 7 saylı tikinti idarəsini də 1 göz qırpımında özəlləşdirə bildi. Tikinti trestinə məxsus çoxlu sayda “ZİL”, “KAMAZ”, “Avtokran”, “Yük qaldıran” və s. kimi texnikalar Şəmsi Şahvələdovun ixtiyarına keçdi. Burada da neçə-neçə payçıların payları zorlama yolu ilə əllərindən alındı.

Şəmsi Bakıya rəis getdi

Ölkədə əmlak komitəsinin sabiq sədiri Fərhad Əliyevin həbsi, yerinə isə Kərəm Həsənovun gəlişi Şəmsiyə düşdü. Özünü zatən fəqir, təbiətən sakit, oldu-olmadı hər deyilənə “bəli”, “başüstə” deyən Şahvələdov Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Reyster Xidmətinin Bakı şəhər Üzrə Ərazi İdarəsinin rəisi vəzifəsinə verə bildi. O, burada yaranan imkanlardan daha çox istifadə edə bildi. Az müddətdə hələ uşaq vaxtında Bakının ən zibilli yerlərindən belə ev almaq arzusunda olan Şahvələdov indi şəhərin mərkəzindən bir neçə mənzil, həyətyanı torpaq sahələri, bağ evləri və digər obyeklər ala bilib. Hazırda rəhbərlik etdiyi idarədə özünün dediyinə görə, 700 nəfər işçi çalışır. Bu şəxs keşiyində 10 dəqiə durmadığı ölkəmizdə “N” sayda var-dövlət sahibi olub. İş o yrə çatıb ki, sıravi vətəndaşların ərizə və şikayətlərini də qəbul etmir. Bu gün o,“doymuş məhlul” a çevrilmişdir.

“Zamin” Banka icarəyə verdi

...Yaxşı yadımdadır. Qazax şəhərindən Nərimanov qəsəbəsinə gedən yolun sol tərəfində yerləşən “Zamin” Bankın binası da Şəmsi Şahvələdovundur. Belə ki, rayonun sabiq icra başçısı Rauf Hüseynovun dövründə obyektin torpaq sahəsi Şəmsı gilə 30 000 manata satılmışdır. Həmin vaxt bu pul hər adamda yox idi. Yalnız Şəmsidən başqa. Atalar demişkən: “Varlığa nə darlıq”. Çox keçmədi ki, həmin torpaq sahəsində əzəmətli bir bina inşa edildi. İnşası qurtaran kimi “Zamin” Banka icarəyə verildi. Hazırda Şəmsi icarə haqqı olaraq ayda 1200 manat pul aldığı söylənilir.

Əhalinin içməli suyu fermasın yönəldildi

DİA.AZ-ın məlumatına görə, elə bu gün də Xanlıqlar kənd əhalisi Səmsidən haqlı narazılıq edirlər. Onların dediyinə görə, həyatda elə insanlar vardı ki, qəbri yaşadığı torpağa qoyulmamalıdır. Kəndə min bir əziyyətlə gətirilən içməli su Şəmsinin təzyiqlərinə tuş gələrək, onun kənddəki fermasına çəkildi. Kənd əhalisi sözlərini aidiyyəti yerlərə desələr də istədiklərinə nail olmadılar. Çünki hər şey, necə deyərlər pulun başında idi. Bayaq dediyimiz kimi o da Şəmsi Şahvələdovda.

Rayon qəzetinin binası da Şəmsinindir

Əmlkda payı olub, payını alanmayanların da dərdi böyükdür. Necə olur ki, Şəmsi Şahvələdov rayon qəzetinə 1 cümlə yazmadığı, orada işləmədiyi halda rayon qəzetinin binasını özəlləşdirir, bi hissəsinə də şərik olur? Özü Bakıda, əməli Qazaxda olan Şəmsi Şahvələdov Qazax şəhərinin mərkəzində yerləşən redaksiya binasını özəlləşdirib müasir təmir apartdıraraq “Günəş” kafesi açıb. Kafedən yaxşıca gələn gündəlik gəlir Şəmsini yeni-yeni obyektlər almağa, millətinə zülm etməyə səsləyir.

“Kloss” ləqəbli Şəmsi Şahvələdov

Xanlıqlar kəndinin özündə onun adına Şəmsi deyən yoxdur. O, anadan olduğu vaxt “Hans Kloss” kino-filmi dəbdə idi. Elə “Kloss” adı da Şəmsiyə oradan qoyulub. Məzə üçün kənddə Şəmsinin anası qoyduğu adı soruşsan heç kim bilməyəcək. Ancaq “Kloss” deyən kimi çoxları soruşanı onun ata evinə kimi aparacaqlar. Üstəlk, “Zaqs” idrəsinin qabağında tikdirdiyi böyük yaşayış binasını da göstərəcəklər, torpaq sahələrini də ...

Şəmsinin üzündə soyuq silah izi.

Mövzuya qayıdacağıq

İlham Hacalı – DİA.AZ

Geri qayıt