Əsas Səhifə > Siyasət, Manşet > Səlim Müslümov icra başçısı olan qohumundan canını qurtarmaq istəyir

Səlim Müslümov icra başçısı olan qohumundan canını qurtarmaq istəyir


25-12-2014, 09:49
Səlim Müslümov icra başçısı olan qohumundan canını qurtarmaq istəyir
DİA.AZ: - Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin hələ xeyli əvvəldən vəzifəsindən alınacağını söyləmişdik. İndi isə DİA.AZ-a məlumatlı mənbələrin verdiyi informasiyadan aydın olur ki, gələn ilin ilk günlərindən start götürəcək dəyişikliklər zamanı ilk «vurulan» icra başçılarından biri məhz Ənvər Seyidəliyev olacaq.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri əlim Müslümovun yaxın qohumu olan və onun çətiri altında mövqelərini qoruyan Ənvər Seyidəliyev dəyələrlə Ağsu sakinlərinin səbr kasasını daşıran gedişləri ilə diqqətə gəlib. Hətta elə məqamlar olub ki, sakinlər başçıya ultimatum belə ünvanlayıblar.

Səlim Müslümov icra başçısı olan qohumundan canını qurtarmaq istəyir

Dia.az-a daxil olan məlumatlarda qeyd olunur ki, əslində öz fəaliyyəti ilə həm də nazir qohumunu hədəfə çevirən Seyidəliyevin vəzifəsindən alınması bu gün daha çox Səlim Müslümovun işinə yarayır. Bunu deyən mənbə iddia edir ki, hətta Səlim Müslümov icra başçısı olan qohumuna «sən, yaxşısı budur, vəzifədən get, mən sənə hə ay qazandığın pulu verərəm, ikimizə də belə rahat olar» deyərək məsləhət də verib.

Geri qayıt