Əsas Səhifə > Siyasət, Manşet > Zakir Həsənov gələndən sən demə, orduda maaş problemi yaranıb

Zakir Həsənov gələndən sən demə, orduda maaş problemi yaranıb


23-12-2014, 14:07
Zakir Həsənov gələndən sən demə, orduda maaş problemi yaranıb
"Yəni bir hərbi hissənin aylıq məvacibi dövriyyədə olan dollar- manat balansını poza bilərmi?" Bu sualı beynimdə fırladaraq bu müraciəti Moderator.az saytı üçün yazmaq fikrinə düşdüm.

Beləliklə, Hörmətli redaksiya! Əslində aşağıda qeyd etdiyim problemlə əlaqədar olaraq mən Müdafiə Nazirliyinə müraciət etməli idim. Ancaq problemin həlli məqsədi ilə nazirliyə edəcəyim müraciət Baş Gərargahın müdaxiləsi ilə sıfırlanacağını nəzərə alaraq media vasitəsilə müraciət etməyi doğru bildim!
Nəzərinizə çatdırmaq istəyirəm ki, Abşeronda yerləşən hərbi hissələrin birində şəxsi heyət bu günə dək noyabr ayı üçün aylıq məvaciblərini almayıblar. Mən başa düşürəm ki, 22 il eyni hərbi hissədə qulluq edən komandirinin aylıq məvacibə ehtiyacı yoxdur. Ancaq onun tabeçiliyində olan və əksəriyyəti kirayyələrdə yaşayan zabit gizirlərinin məvacibə ehtiyacları çox böyükdür.
Hər kəs başa düşür ki, zabit gizirlərin yeganə qazanc yeri aylıq məvacibdir. İstifadə olunmamış məzuniyyətə görə kompensasiya verilməməsi - aydın məsələdir. O kompensasiyadan mən də daxil, artıq hər kəs əlini üzüb. Lakin heç olmasa aylıq məvacibin vaxtı vaxtında zabit gizirlərə verilməsi ciddi nəzarətdə saxlanılmalıdır. Unutmaq olmaz ki, hərbi qulluqçu nə qədər ehtiyac içində xidmət edərsə, düşmən kəşfiyyat orqanları üçün bir o qədər münbit şərait yaradılmış olar!
Çox istərdim ki, Müdafiə Nazirliyi bu problemi həll etsin və günahkar şəxslər cəzalandırılsın!

Hörmətlə: ehtiyyatda olan kapitan Tərlan Qurbanov."

Geri qayıt