Əsas Səhifə > Siyasət, Manşet > Dövlət Neft Şirkətinin oliqarxlarından birini necə və niyə müflisləşdirdilər

Dövlət Neft Şirkətinin oliqarxlarından birini necə və niyə müflisləşdirdilər


15-12-2014, 10:49
Dövlət Neft Şirkətinin oliqarxlarından birini necə və niyə müflisləşdirdilər
DİA.AZ: - Hələ xeyli əvvəlindən məlumat verərək bildirmişdik ki, Dövlət Neft Şirkətinin (ARDNŞ) ən iri məmurlarından biri olan, şirkətin Təchizat İdarəsinin rəisi Həbib Hüseynovun vurulması prosesi başlayıb. Xəbərimizdə qeyd olunurdu ki, uzun illərdir, bu vəzifədə işləyən və kifayət qədər varlanmış H.Hüseynovu işdən azad etməklə yanaşı onun sərvətlərini də əlindən almaq istəyirlər.

DİA.AZ-ın əldə etdiyi son məlumatlardan isə aydın olur ki, artıq Həbib Hüseynov tam olaraq müflis olunmuş vəziyyətdədir. Yəni ARDNŞ prezidenti Rövnəq Abdullayev hər yerdə özünü Bəylər Əyyubovun adamı kimi təqdim edən Həbib Hüseynovu tam olaraq zərərsizləşdirib.

Məlumatlı mənbənin dia.az-a söylədikləri: «Həbib Hüseynovun əlindəki sərvətin 90 faizi ondan alınıb. Bu sərvətə onlarla obyekt, mənzillər, torpaq sahələri daxil idi. Məsələn, Dərnəgül yolunda 2 hektara yaxın ərazi zamanında Həbib Hüseynova aid idi. Lakin həmin torpaq sahəsini ARDNŞ rəsmisinin əlindən aldılar və qarşılığında bir manat pul da verilmədi. Normalda ərazinin 10-15 milyon manat qiymətinin olduğu da deyilir.

Bundan əlavə, Həbib Hüseynova məxsus Bakıda yerləşən 28 ədəd 3 və 4 otaqlı yaşayış mənzili, 4 böyük villa da əlindən alınıb. Eyni zamanda Həbib Hüseynovun Şadlıq evi də söküldü, əvəzində ona bir qəpik də verilmədi».

Mənbə iddia edir ki, hətta onun özü bu gün vəzifəsindən alınmış durumdadır: «Əslində onun adı işdə göstərilsə də, Həbib Hüseynov artıq ARDNŞ-ə buraxılmır. Onun işini Təchizat İdarəsinin rəis müavini həyata keçirir».

Mənbənin dia.az-a bildirdiyinə görə, bütün bunlara səbəb Həbib Hüseynovun «yuxarılara» böyük miqdarda «pul atması» faktı olub: «Həbib Hüseynov ona olan etimadı itirib. Ona görə də ARDNŞ yetkilisini son köynəyinə qədər müflisləşdirirlər»…

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt