Əsas Səhifə > Siyasət, Manşet > “ANT-İnşaat” dövlətin qanunlarını niyə və necə pozur?

“ANT-İnşaat” dövlətin qanunlarını niyə və necə pozur?


13-12-2014, 10:52
“ANT-İnşaat” dövlətin qanunlarını niyə və necə pozur?
DİA.AZ: - Bakı şəhər Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq küçəsi ev-10-da yaşayan 2-ci qrup əlil Əliyeva Cahan İsa qızı şikayət ərizəsi ilə dövlət başçısına və bir sıra dövlət qurumlarına müraciət edib. Müraciətin DİA.AZ-a daxil olan mətnində deyilir:

“Hörmətli Prezident. Qeyd etmək istəyirik ki, 1992-ci ildə Bakı şəhər Mənzil Koperativlər idarəsində mənzil növbəsinə durmuşam və 3 otaqlı mənzil üçün 125000 rubl ödəmişəm. Ölkədə 1992-ci ildə məlum məsələlərlə bağlı qeyd edilən mənzil 9 mərtəbə deyil 6 mərtəbə tikildi və həmin mənzilə məcburi köçkünlər tərəfindən zəbt edildi, həmin mənzilin sakinləri Bakı şəhər İcra Hakimiyyətinin Başçısı cənab Hacıbala Abutalıbova müraciətdən sonra həmin sakinlər üçün mənzil tikilməsi üçün sahə ayrılmasına və güzəştli şərtlərlə bizə həmin mənzilin verilməsinə 30.09.2004-cü ildə 221 nömrəli sərancam imzaladı.

Qeyd olunan mənzilin tikilməsi üçün ANT tikinti şirkəti tenderi udu və tikinti üçün həmin şirkətə tapşırıq verildi ki, həmin mənzili tikintisinə başlasınlar. Bizə isə kvadratı 180 dollara həmin mənzilin hesablanmasına göstəriş verildi, lakin hal-hazırda həmin mənzilin bizə verilməsində 209 nömrəli koperativin rəhbəri Rzayev Şərafəddin ayrılmış mənzilin güzəştli şərtlərlə verilməsinə maneçilik törədir və verməkdən imtina edir. Azərbaycan Respublikasının Ali Baş Komandanı, Hörmətli Prezdentimiz Cənab İlham Əliyevin hər dəfə məmurlar qarşısında çıxışında “hər bir dövlət məmuru xalqa mətanətlə xidmət etməlidir” şuarı deyəsən adı çəkilən şəxs üçün əhəçiyyət daşımır.

“ANT-İnşaat” dövlətin qanunlarını niyə və necə pozur?

Hal-hazırda çarəsiz qalmışıq və çarəsizliyimizi Azərbaycan Respublikasının Ali Baş Komandanı, Hörmətli Prezdentimiz Cənab İlham Əliyevə çatdırmaq istəyirik, inanırıq ki, o bizə bir rəhbər kimi dəstək olacaqdır.Yuxarıda qeyd etdiklərimi və Azərbaycan Respublikasının qanunlarının müddüaların nəzərə alaraq Sizdən bir vətəndaş kimi çox məcbur qalıb xahiş edirəm ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısı cənab Haçıbala Abutalıbova sərancamının yerinə yetrilməsinə və bizə ayrılmış mənzilin bizə verilməsində köməkdarlıq edəsiniz”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt