Əsas Səhifə > Siyasət, Güney Press, Manşet > Bank sektorunda yeni ələmə prosesi start götürür – “ZaminBank”ın Göyçay filialı təftiş olunacaq

Bank sektorunda yeni ələmə prosesi start götürür – “ZaminBank”ın Göyçay filialı təftiş olunacaq


9-12-2014, 11:03
Bank sektorunda yeni ələmə prosesi start götürür – “ZaminBank”ın Göyçay filialı təftiş olunacaq
DİA.AZ: - Azərbaycanın bank sektorundakı “bespredel” əslində bu gün rəsmi dairələri də narahat etçəkdədir. Elə buna görə də bank sektoru ilə bağlı böyük islahat planının icrasına tədarük görüldüyü söylənilir. Bununla bağlı DİA.AZ-a danışan məlumatlı mənbə bildirir ki, bank sektorumuzda “ixitsarların” – kiçik bankların birləşdirilməsi zərurəti əslində vətəndaşlara qarşı illərdir həyatga keçirilən “BANKİR TƏCAVÜZÜ”nü durduracaq.

Amma buna qədərsə həmin xırda banklar vətəndaşlara qan uddurmaqlarında, vətəndaşlarsa əziyyət çəkməkdədir. Elə DİA.AZ olaraq bu istiqamət üzərə keçən həftə çox ciddi faktları diqqətinizə də təqdim etdik. Belə ki, “Zaminbank”ın Göyçay filialının müdiri İlqar Fərzəliyevin qanunsuz əməlləri ilə bağlı təqdim etdiyimiz faktlardan da aydın olurdu ki, bu adam Göyçayda kimsəsizlərə rəsmən qənim kəsilib və artıq onlarla ev sahibini evsiz qoyub. Onların arasında şəhid ailəsi də var, əlillər də...

Bununla bağlı dia-az.site-a daxil olan xəbərə görə, artıq “Zaminbank”ın Göyçay filialının müdirinin əməlləri ilə bağlı nüvafiq araşdırmalar başlayıb və hətta Bankın mərkəzi rəhbərliyi də bunda maraqlı olduğunu nümayiş etdirib:

“Artıq İlqar Fərzəliyevin qanunsuz əməlləri araşdırılır. Və yaxın günlərdə böyük səs-küy yaradacaq olaylar baş verə bilər. Hətta ola bilsin ki, həbslər də olsun”...

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt