Əsas Səhifə > Siyasət, Güney Press, Manşet > Masallıda bələdiyyə seçkilərini yerli icra qurumları inhisara alıb

Masallıda bələdiyyə seçkilərini yerli icra qurumları inhisara alıb


24-11-2014, 10:39
Masallıda bələdiyyə seçkilərini yerli icra qurumları inhisara alıb
Namizədlərin çoxluğu sadəcə gözdən pərdə asmaq üçündür.

Infom.az-ın cənub bürosuna daxil olan məlumata görə bu il əksər rayonlar kimi, Masallıda da, əhalinin bələdiyyə seçkilərinə maraqı azalıb.

Bunun da başlıca səbəbi həmin qurumun illərdən bəri özünü doğrultmamasıdır.

Əksəriyyətindən soruşanda ki, bala niyə kənd qəsəbədə əhali üçün, işləmirsiniz hamısı eyni sözü deyir: -Yuxarıdan qoymurlar .

Təəssüflər olsun ki, son 15-ildə rayonların çoxunda fəaliyyət göstərən bələdiyyələrin heç birinin bələdiyyəyə aid bir dənə belə mülküyəti yoxdur .

Amma baş verlənləri dərindən araşdırsaq görərik ki, illər ərzində hesablarına daxil olan vəsait heç də, az olmayıb.

Hələ satdıqlarının üstündə aldıqları şapkaları da, bu hesaba qatsaq onda həmin rəqəmlərdən alınan vəsaitlərə bələdiyyə üçün müxtəlif texnika avtobus və yaxdu da, istehsal müəssisələri yartmaq mükün olmasını görərdik amma görmədik.

Adi xeyir, şər məclisində əhali, çadrın özünü, şəxsi adamlardan kirayəyə götürür.

El arasında bələdiyyəni, daha çox torpaq alverçisi kimi tanıyırlar.

Bu gün onların əsas işləri ərazidə olan qalan torpaqları satıb və yaxud da, icariyə verib, əhalidən çox, öz problemlərinin həllinə çalışmaqdan ibarətdir.

Rayonlarda baş verənlər rəhbər şəxsləri narahat etdiyindən, onlar da namizədlərin kütləviliyinin təşkilinə dair saxta görüntü yaramaq təlimatı veriblər .

Bu işlərə bir başa icra hakimlərinin ərazi üzrə yerli nümayəndələri rəhbərlik edir.

Onlar da, yoldan keçəni, taksi şoferin , qapı, pencərsi, qazı, suyu olmayan kənd məktəb müəllimlərini zorla seçkidə namizəd edirlər.

İmza toplamanı da, məktəbdə direktorlar özləri, elə ordaca yazıb pozur bax belə.

Bu sadəcə şoudur. Yox əgər belə deyilsə həmin şəxslər buyursun meydana çıxıb vaxtında hərə öz platvormasını bəyan etsin görək kim niyə bələdiyyəyə namizədlik irəli sürüb?

Halbuki, çoxunun harda sədr olacaqı indidən məlumdur. Əksər bələdiyyələrdə sədr elə köhnələr olacaq..........vəssəlam

Masallı rayonunda 36 bələdiyyə fəaliyyət göstərir. Ümumi bələdiyyə üzvlərinin sayı 842 nəfərdir. Fəaliyyətdə olan bələdiyyələrin 1-i şəhər ərazisində, 2-si qəsəbədə, qalanları isə (33 bələdiyyə) kənd yaşayış məntəqələrində fəaliyyət göstərir.

Qeyd olunan 842 nəfərlik yerə siyahı üzrə artıq iki dəfə çox namizəd qeydə alınıb.

DSK-larda müstəqil namizədləri, yuxarların razlığı olmadan qeydə almırlar. Aşağıda fotoda qeyd olunanlar da bir növ qeydlərimizin sübutudur.

P.S Bələdiyyələr seçki komisyaları və cavabdehlərlə bağlı yazılar, seçkidən sonra daha maraqlı olacaq.

Masallıda bələdiyyə seçkilərini yerli icra qurumları inhisara alıb
Geri qayıt