Əsas Səhifə > Siyasət, Manşet > Qarabağın müharibə yolu ilə azad olunması üçün gözəl bir fürsət

Qarabağın müharibə yolu ilə azad olunması üçün gözəl bir fürsət


18-11-2014, 10:50
Qarabağın müharibə yolu ilə azad olunması üçün gözəl bir fürsət
DİA.AZ: - «Rəsmi İrəvan son helikopter olayından sonra Kremlə təzyiqləri artırsa da, Rusiyadan Azərbaycana qarşı hansısa təzyiq xarakterli addım atılmayıb və atıla da bilməz». Bu məlumatı DİA.AZ-a verən hökumətdəki mötəbər mənbə maraqlı faktları da açıqlayıb.

Mənbənin iddialarına görə, Ermənistan tərəfi hətta Rusiyadan Azərbaycana qarşı sərt addımlar atmağı da tələb edib: «Ermənilər elə düşünüblər ki, Kreml rəsmi Bakıya hansısa təzyiqi edəcək. Amma göründüyü kimi, Rusiyadan bu barədə heç bir ciddi rəsmi ünvandan fərqli bir münasibət sərgilənmədi. Bu isə artıq regionda vəziyyətin tamamən dəyişməsindən xəbər verir.

Əgər bir neçə il əvvəl belə bir hadisə baş versəydi, bəlkə də rus qoşunları belə Azərbaycana qarşı hərbi əməliyyat keçirərdi.

Xatırlayırsınızsa, illər əvvəl guya ki, Rusiyanın hərbi təyyarələri şimal rayonlarımızın ərazilərini bombalamışdı. Yəni durub-dururkən rusların belə bir addımı atdığı dönəmlər var idi.

İndi isə Rusiya himayəsində olan Ermənistanın hətta təzyiq xahişlərini belə rədd edirsə, deməli, situasiya tamam fərqlidir».

Mənbə dia.az-a açıqlamasında əlavə edib ki, əslində bütün bu baş verənlər müharibənin «razminkası»dır: «Savaş qaçılmazdır. Ermənistanın problemin sülh yolu ilə həllinə qeyri-səmimi yanaşdığı ortadadır. Bunu Rusiya da görür. Rusiyaya Azərbaycan lazımdır. Azərbaycana isə Qarabağ. Bu fürsət dəyərləndiriləcək. Və helikopter olayına rəsmi Moskvanın təmkinli münasibət bəsləməsi, bu zaman yalnız problemin hazırki vəziyyətinin süni şəkildə uzadılmasında maraqlı görünən Qərbin canfəşanlığının daha çox nəzərə gəlməsi artıq vəziyyətin fərqli olduğunu bir daha ortaya qoymuş oldu».

Geri qayıt