Əsas Səhifə > Siyasət, Manşet > Vergilər Nazirliyi rəsmisinin çətiri altında ilginc özbaşınalıq – Vətəndaş faktları açıqlasa da reaksiya verən yoxdur
Vergilər Nazirliyi rəsmisinin çətiri altında ilginc özbaşınalıq – Vətəndaş faktları açıqlasa da reaksiya verən yoxdur17-11-2014, 11:19 |
DİA.AZ: - Ucar rayonu 28 May küçəsi ev 2 sakini İbrahimov Zaur Arif oğlu redaksiyamıza şikayət ərizəsi ilə müraciət edib. DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir: “Böyük bizneslə məşğul olub küllü miqdarda vergidən, sosial sığortadan gəlir yayındıran, saxta əlillik dərəcəsi və saxta hərbi rütbə alan Gədəbəy rayon sakini , hazırda isə Bakı şəhərində yaşayan Məzahət Maqsud oğlu Mahmudovun bu qanunsuz əməlləri barədə etdiyim şikayət ərizələrim üzrə Vergilər Nazirliyi, Hərbi Prokurorluq və ƏƏSM-nazirliyinin müvafiq şöbələri başdan sovdu araşdırma aparıb, cinayət faktlarını gizlətmişdilər. Məzahət Mahmudovun kürəkəni Elməddin Abbasov Vergilər Nazirliyinin Vergi Departamentində işləyir ki, məhz onun himayəsi ilə Mahmudova məxsus Gədəbəy rayonunda və Bakı şəhərində yerləşən 50-ə yaxın sahibkarlıqla məşğul olan obyektlər heç bir vergi ödəmir. Həmin obyektlər M.Mahmudov tərəfindən icarəyə verilib ki, əldə olunan küllü miqdarda mənfəətə görə gəlir vergisi ödəmir. 50- yə yaxın həmin sahibkarlıq obyektləri M.Mahmudov tərəfindən icarəyə verilsə də, ayda buna görə əldə etdiyi təxminən 30-40 min manat mənfətə görə vergi ödəməmək üçün icarə müqaviləsi bağlamamışdır. Öz adına olan “VÖEN”i isə bağlıdır. Həmin sahibkarlıq obyektlərində işçilərlə əmək müqavilələridə bağlanmayıb, sosial sığortalar da yoxdur, istifadə müddəti ötmüş ərzaq və qeyri ərzaq malları satılır.Antisanitariya hökm sürür. Həmçinin Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən kirayiyəyə verilmiş çoxlu sayda mənzillərdən əldə etdiyi qazancdan gəlir vergisi vermir. Kirayəçilərlə də müqavilə bağlamamışdır. Mən özüm şəxsən M.Mahmudovun icarəyə verdiyi sahibkarlıqla məşğul olan obyektlərdən və kirayiyəyə verdiyi mənzillərdən aylıq pulu yığmaqla məşğul olmuşam. Məni də aldadıb işlədib , pulumu verməmişdir. Bütün bunlar küllü miqdarda vergidən yayınma edir ki, bu da cinayət əməlidir.Vergilər Nazirliyi isə mənə çox savadsız və məntiqsiz cavab məktubu göndərib ki, onu linqivist də oxuyub baş aça bilmədi. Həmçinin M.Mahmudov xəstəliyə görə həqiqi hərbi xidmətdən tərxis edilir və bundan 3 il sonra heç bir hərbi xidmət keçmədən, ali məktəb oxumadan hərbi rütbə almışdır ki, bu saxtakarlıq cinayətini təsdiq edən hərbi prokurorluq cinayət faktının üstünü hansısa məqsədlərinə görə ört-basdır etmişdir. Necə olub ki, Mahmudov hərbi rütbə alıb ? Bu sualı cavabs;z qoyan Hərbi Prokurorluğun Şöbə rəisi Mahir Əhmədovun cavab məktubunu mətbuata təqdim edirəm. Həmçinin M.Mahmudov xəstəliyə görə 2- ci qrup əlildir. Mən şikayət ərizəsi ilə müraciət edib xahiş etmişəm ki, bu adam hazırda tam sağlam və əmək qabiliyyətinə malikdir.Buna görə onun müasir tibb aparatları vasitəsi ilə müayinədən keçirilməsinə zərurət var.Hələki müayinə edilməyib.Sual olunur dövlət orqanlarının nə marağı var ki, küllü miqdarda vergidən yayınan, saxta yolla hərbi rütbə və sağlam ola-ola 2-ci qrup əlillik dərəcəsi almış Məzahət Mahmudovun barəsində qanunu tədbirlər görmürlər ? Çünki bu barədə ərizəm üzrə araşdırma aparan şəxslər öz şəxsi və maddi maraqlarını ali tutub cinayət faktının üstünü ört-basdır etmişdilər. Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Vergilər Naziri cənab Fazil Məmmədova,Müdafiə Naziri cənab Zakir Həsənova , Hərbi Prokuror cənab Xanlar Vəliyevə vıə ƏƏSM naziri cənab Səlim Müslümova müraciət edib xahiş edirəm Məzahət Mahmudovun qeyd etdiyim vergidən yayınma,icarə müqaviləsi bağlamama, saxta hərbi rütbə alma, sağlam ola-ola əlillik dərəcəsi alma və digər qanunsuz əməlləri ciddi araşdırılıb onun və onu himayə edən vəzifəli şəxslərin barəsində qanunu tədbirlər görülməsinə xüsusi tapşırıq verəsiniz”. Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |