Əsas Səhifə > Siyasət, Manşet > Kəşfiyyatçı Qarabağ əlilindən prezidentə və nazirə şok müraciət - «Müharibə əmri veriləndə ön cəbhədə olacağıq»

Kəşfiyyatçı Qarabağ əlilindən prezidentə və nazirə şok müraciət - «Müharibə əmri veriləndə ön cəbhədə olacağıq»


15-11-2014, 11:54
Kəşfiyyatçı Qarabağ əlilindən prezidentə və nazirə şok müraciət - «Müharibə əmri veriləndə ön cəbhədə olacağıq»
DİA.AZ: - Redaksiyamıza müraciət edən 2-ci qrup Qarabağ əlili, polkovnik-leytenant, keçmiş kəşfiyyatçı, Xətai rayon sakini Eldar Xəlilov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai rayon mərkəzinə müraciət etsə də, hələ də əlillər üçün nəzərdə tutulan avtomobillə təmin olunmadığını söyləyir.

DİA.AZ-a danışan Eldar Xəlilov bildirir ki, 1991-ci ildən 1994-cü ilə qədər cəbhənin ayrı-ayrı bölgələrində müharibə yolu keçib: «Bu illər ərzində 4 dəfə yaralanmışam. Döyüşdə göstərdiyim şücaətə görə ordenlərlə təltif olunmuşam.

Bu gün isə 2-ci qrup Qarabağ əlili olsam da, məmur süründürməçiliyi və özbaşınalığı səbəbindən əlillər üçün nəzərdə tutulan avtomobili mənə vermirlər. Səbəbi barədə isə heç bir tutarlı izahat ala bilmirəm».

Polkovnik-leytenant Eldar Xəlilov dia-az.site-a açıqlamasında bildirir ki, əslində o, müharibəyə Ermənistan-Azərbaycan münaqişəsinin ilk günlərindən qatılıb: «O zamanlar 1989-cu ildə Sovet Ordusunun tərkibində münaqişənin ilk günlərində sakitliyin yaradılması məqsədilə Əsgəran bölgəsinə ezam olunmuşduq və həmin ilşdə həmin bölgədə minaya düşmüşəm. 1992-ci ilin fevral ayının 2-də cəbhə xəttində düşmən gülləsindən yaralanmışam və daxili orqanlarımın bəziləri kəsilərək götürülüb. Yenə həmin ilin aprel ayının 10-da Zəngilan rayonu istiqamətində ayaqlarımdan yaralayan ermənilər məni diri ələ keçirmək istəsələr də, atışa-atışa mühasirəni yararaq çıxa bilmişəm.

Kəşfiyyatçı Qarabağ əlilindən prezidentə və nazirə şok müraciət - «Müharibə əmri veriləndə ön cəbhədə olacağıq»

1993-cü ilin Oktyabr ayının 24-də Ermənistan ərazisindən kəşfiyyatdan qayıdarkən mühasirəyə düşmüşəm və mühasirəni yardığım zaman yaralanmışam, beyin travması almışam. Həmin yaralandığım dönəmlərdə Sumqayıtda və Bakı şəhərində yerləşən hospitallarda müalicə olunmuşam.

Respublika Tibbi-Ekspertiza Mərkəzinin Ekspert Mütəxəssisləri Müayinəsindən keçmişəm və verilən rəydə də açıq şəkildə qeyd olunur ki, artıq ayaqlarım qurumaq mərhələsindədir».

Narazı Qarabağ əlili bildirir ki, ondan avtomobil ala bilməsi üçün nazirliyə lazım olan sənədlərin toplanmasından aşkar şəkildə rüşvət istəyiblər: «Mən bu vətən üçün canımı fəda etmişəm. Amma bu gün bəzi məmurların büroktarik maneələri imkan vermir ki, dövlətin bizə nəzərdə tutduğu güzəştlərdən tam istifadə edək.

Sizin portalınız vasitəsilə cənab nazir Səlim Müslümova və prezident İlham Əliyevə müraciət edirəm. Mən hər zaman bu vətən uğrunda savaşa yenə də hazıram. Müharibə əmri verilən zaman yenə də ön səngərdə olacam.

Xahiş edirəm, mənə güzəştlərdən tam istifadə etməyimə şərait yaradılması, avtomobillə təmin olunmağım üçün müvafiq göstərişi verəsiniz».

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Geri qayıt