Əsas Səhifə > Siyasət, Manşet > Hakimiyyət böyük kadr dəyişiklikləri tədarükündə - Yüzlərlə məmur yola salınacaq

Hakimiyyət böyük kadr dəyişiklikləri tədarükündə - Yüzlərlə məmur yola salınacaq


4-11-2014, 10:49
Hakimiyyət böyük kadr dəyişiklikləri tədarükündə - Yüzlərlə məmur yola salınacaq
DİA.AZ: - Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin son çıxışı böyük rezonansa nədən oldu, desək, yanılmarıq. Hər halda, PA rəhbərinin məlum səs-küylü açıqlamalarının ardından da reaksiyaların səngimək bilməməsi də belə deməyə əsas yaradır. Bu əsnada xüsusi olaraq diqqət çəkəni isə alademik Ramiz Mehdiyevin yararlı kadr çatışmamazlığı ilə bağlı söylədikləri idi. Əslində bununla PA rəhbəri rəsmi Bakının çoxdandır anons edilən kadr islahatlarını yubatmasının nədənlərini də açıqlamış oldu.

Amma dəyişikliklər mütləq olacaq. Elə bu təəssürat da akademikin məlum açıqlamasından anlaşıldı.

Qeyd edək ki, son günlər bir sıra dövlət qurumlarında ciddi islahatların həyata keçiriləcəyilə bağlı təlaş yaşanmaqdadır. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, bəzi nazirliklər islahatlara getsə də, sıralarından onlarla məmuru çıxdaş etsələr də, hələ də susqunluq nümayiş etdirənlər yetərincədir: «Prezident Nazirlər Kabinetinin yığıncağında da bu məqama diqqət ayırdı ki, korrupsiyaya bulaşmış məmurlar işlərini itirəcəklər. Təbii ki, bu xəbərdarlıq ciddidir və böyük bir dəyişiklik planı hazırlanır. PA rəhbəri, akademik Ramiz Mehdiyev mox sərt açıqlamaları ilə diqqətə gəldi. Və bu mövqe birbaşa olaraq rəsmi Bakının iradəsi kimi qəbul olunmalıdır».

Mənbə idia edir ki, təxminən 500-ə yaxın məmurun işdən atılması gözlənilir: «Onların arasında hətta nazir müavini postunu tutanlar var. Ola bilsin ki, ictimaiyyətə məlumat verildiyi zaman konkret səbəb göstərilməsin, dəqiq izahat verilməsin. Amma bilinməlidir ki, bütün kadr islahatlarında əsas faktor kimi məhz korrupsiya ilə mübarizə siyasəti prioritet təşkil edəcək».

Mənbəmizin sözlərinə görə, artıq nazirlər öz «qara siyahılarını» tutmaqla məşğuldurlar: «Məsələn, bu gün ən çox islahata ehtiyacı olan dövlət qurumlarından biri əmlak məsələləri üzrə dövlət komitəsidir. Kərəm Həsənova bu barədə dəfələrlə xəbərdarlıq edilib. Ola bilsin ki, Kərəm Həsənov da müavinlərindən birinə «əlvida» demək zorunda qalsın. Düşünülməməlidir ki, ayrı-ayrı vətəndaşların, qurumların Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ünvanladıqları şikayətlər qulaqardına vurulur, nəzarətsiz buraxılır, ciddiyə alınmır. Belə bir şey yoxdur. Bütün faktlar ciddiyə alınır və araşdırılır. Bəzi faktlar olur ki, həmin istiqamət üzərə operativ addımlar atılır. Amma elə hallar da olur ki, tədbir görülməsi üçün həm vaxt və həm də münasib şərait lazımdır».

Mənbəmizin bildirdiklərindən o da aydın oldu ki, təxminən bu ilin sonlarından, gələn ilin əvvəlindən məlum dəyişikliklərin start düyməsi basılacaq.

Geri qayıt