Əsas Səhifə > Siyasət, Manşet > Mikayıl Cabbarov qarşısında aciz qaldığı Elmar Vəliyevdən «yuxarılara» şikayət etdi

Mikayıl Cabbarov qarşısında aciz qaldığı Elmar Vəliyevdən «yuxarılara» şikayət etdi


11-09-2014, 11:28
Mikayıl Cabbarov qarşısında aciz qaldığı Elmar Vəliyevdən «yuxarılara» şikayət etdi
DİA.AZ: - «Gəncənin icra başçısı Elmar Vəliyev təhsil naziri Mikayıl Cabbarovla konfliktdən qalib ayrılıb». Bu ilginc məlumatı DİA.AZ-a çatdıran mənbə iddia edir ki, artıq ikinci nazirdir ki, Elmar Vəliyevin biləyini bükə bilmir, bu da başçının ayağının yer almasına nədən olur.

Mənbənin sözlərinə görə, vəziyyətin məhz bu şəklə gəlməsi səbəbindən təhsil naziri Mikayıl Cabbarov icra başçısı ilə arasındakı hüsumatı hakimiyyətin üst düzəyində müzakirəyə çıxarıb.

dia-az.life-a daxil olan məlumatda deyilir: «Məhz bundan sonra Mikayıl Cabbarova bildirilib ki, Gəncənin icra başçısının şıltaqlığı müvəqqətidir. Onunla bağlı sərt addımlar atılacaq».

Xatırladaq ki, bir müddət əvvəl başçı ilə nazirin arasındakı ədavət o həddə qədər şiddətlənmişdi ki, hətta Mikayıl Cabbarovun göstərişi ilə təhsil nazirliyinin Qərb bölgəsi üzrə nümayəndəsi Gəncə şəhərindəki orta məktəblərin direktorlarından başçıya qarşı izahatlar belə almışdı.

Geri qayıt