Əsas Səhifə > Siyasət, Manşet > Hakimiyyət yeni antikorrupsiya dalğasına start verə bilər – Yeni dalğa ciddi kadr dəyişikliyi ilə müşaiyət olunacaq

Hakimiyyət yeni antikorrupsiya dalğasına start verə bilər – Yeni dalğa ciddi kadr dəyişikliyi ilə müşaiyət olunacaq


9-09-2014, 11:31
Hakimiyyət yeni antikorrupsiya dalğasına start verə bilər – Yeni dalğa ciddi kadr dəyişikliyi ilə müşaiyət olunacaq
DİA.AZ: - Hakimiyyətin daha bir neçə dövlət qurumunda kadr islahatı həyata keçirəcəyi xəbər verilsə də, bu məsələdə yubanmalar var. Doğrudur, nazirləri dəyişən strukturlarda islahatlar həyata keçirir və bu islahatlar kifayət qədər səs-küy yarada bilib. Amma digər dövlət qurumlarında da anoloji dəyişikliklərin olacağı söylənilir.

Bu barədə DİA.AZ-ın əldə etdiyi son bilgilərdən aydın olur ki, konkret olaraq iqtisadi inkişaf nazirliyində bir neçə postda dəyişiklik nəzərdə tutulub: «Nazir müavinlərindən birinin, həmçinin iki şöbə müdirinin vəzifəsindən alınması gözlənilir».

Xatırladaq ki, əmlak məsələləri üzrə dövlət komitəsində də ciddi kadr islahatlarının həyata keçirələcəyi haqda məlumatlar yayılıb. Bu barədə redaksiyamıza xəbər verən qaynaq söyləyir ki, Kərəm Həsənovun təşkilatı da dəyişikliklərə gedəcək:

«Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin bir sıra əməkdaşlarının adları korrupsiyada hallanıb. Və gözlənilən islahatlar da bu istiqamətdə aparılacaq. Bu barədə «yuxarılar» Kərəm Həsənovun qarşısında şərt qoyublar və o da bir neçə «əhəmiyyətli» kadrından imtina etmək zorundadır».

Qeyd edək ki, bir neçə gün əvvəl təqdim etdiyimiz materialların birində gözlənilən kadr islahatları zamanı hakimiyyətin antikorrupsiya tədbirlərinin prioritet məqam kimi təşkil edəcəyini xüsusi olaraq vurğulamışdıq.

Geri qayıt