Əsas Səhifə > Siyasət, Manşet > Elşad Abdullayevi Biləcəridən o yana axtaran yoxdur - Keçmiş rektora hakimiyyət içində dəstək verən var

Elşad Abdullayevi Biləcəridən o yana axtaran yoxdur - Keçmiş rektora hakimiyyət içində dəstək verən var

11-08-2014, 11:01
Elşad Abdullayevi Biləcəridən o yana axtaran yoxdur - Keçmiş rektora hakimiyyət içində dəstək verən var
DİA.AZ: - Bir müddət əvvəl özünün qalmaqallı videoçəkilişləri ilə gündəmi məşğul edən və hətta dəqiq desək, siyasət aləmini alt-üst etməyə müvəffəq olan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin bu günlərdə «Disneylənd»də pozlar verməsi belə bir təəssürat yaratdı ki, o, axtarılmadığına və yaxud da həbs olunmayacağına tam olaraq əmindir.

DİA.AZ bildirir ki, artıq Elşad Abdullayev Azərbaycan dövləti tərəfindən orqan mafiyası ilə əlaqədar açılmış cinayət işi ilə deyil, həm də korrupsiya və rüşvət halları ilə də ittiham olunur. Yəni adama qarşı bir düjün «statya» olsa da, adamın İnterpol vasitəsilə axtarıldığı iddia olunsa da, Elşad Abdullayev toxunulmazlar kimi istədiyi trayektoriyada hərəkət edir. Bu isə ortaya çox ciddi şübhələri çıxarmaqdadır.

Elşad Abdullayevi Biləcəridən o yana axtaran yoxdur - Keçmiş rektora hakimiyyət içində dəstək verən var

Bununla bağlı DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, əslində Elşad Abdullayev həbs edilməyəcəyinə inanmasında tam haqlıdır: «O, yalnız Azərbaycanda axtarışa verilib və yalnız Azərbaycan ərazisində həbs edilə bilər. Hətta MDB məkanında belə Elşad Abdullayevin axtarışı həyata keçirilmir. Bu da keçmiş rektorun iqtidar daxilində tərəfdaşlarının olması ilə əlaqədardır».

Xatırladaq ki, zamanında Elşad Abdullayevlə əlbir olan məmurlar barədə informasiyanı diqqətinizə çatdırmışdıq. Bildirmişdik ki, keçmiş rektoru himayə edənlər var və məhz həmin qüvvələr tərəfindən Azərbaycanın nüfuzlu dövlət adamları, məmurları, iş adamları və digər çevrələri məqsədli olaraq hədəfə alınmışdı. Yəni Elşad Abdullayev sadəcə olaraq bir alət idi. İndi də həmin məmur korpusu keçmiş rektoru qorumaqdadır. Eyni zamanda sabiq ABU rektorunun şantaj yolu ilə susdura bildiyi qüvvələr də istər-istəməz onun himayədarına çevrildiyindən bu gün Elşad Abdullayev yalnız Azərbaycanda axtarılır. Yəni öz hüdudlarımız çərçivəsində...

Geri qayıt