Əsas Səhifə > Siyasət, Manşet > Nurçularla əlaqəsinin olması ittihamı AzTV sədrini bitirə bilər

Nurçularla əlaqəsinin olması ittihamı AzTV sədrini bitirə bilər


6-08-2014, 12:06
Nurçularla əlaqəsinin olması ittihamı AzTV sədrini bitirə bilər
DİA.AZ: - Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də rəhbər dəyişikliyi həyata keçirilə bilər. Bu barədə redaksiyamıza TV-dəki mənbələr xəbər ötürüb.

Qaynağın bildirdiklərindən belə aydın olur ki, hazırda AzTV-yə rəhbərlik edən Arif Alışanovun da zamanı yetişib: «Əslində Arif Alışanov kənardan sakit bir fiqur təsiri bağışlasa da, onu iqtidar daxilində sevməyənlər yetərincədir».

Mənbə DİA.AZ-a verdiyi məlumatında iddia edir ki, məhz hakimiyyətiçi qruplaşmaların rəqabəti fonunda vəzifəsini itirmə təhlükəsilə üz-üzə qalan Arif Alışanovun yerinə kənardan kadr gətiriləcək.

Xatırladaq ki, Arıf Alışanov hətta prezidentin bəzi sərəncam və qərarlarının AzTV-də yayılmasını da əngəlləyən bir fiqur kimi tanınıb. Belə ki, bir neçə ay əvvəl nurçularla gizli əlaqədə ittiham olunraqa vəzifəsindən alınan Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovla bağlı prezidentin verdiyi sərəncam AzTV-nin efirində yayınlanmamışdı ki, bu da zamanında böyük rezonans yaratdı və ortay belə bir ittihamlar da çıxardı ki, Arif Alışanov da iqtidar daxilində Fətullah Gülənlə əlaqəsi olan çevrəyə bağlıdır.

Hər halda, görünəni odur ki, rəqib cinah bu məqamı unutmayıb və indi Alışanovdan qisas almağa çalışırlar...

Geri qayıt