Əsas Səhifə > Siyasət, Güney Press, Manşet > Hakerlərimiz Qarabağ şəhidlərini belə yad etdilər

Hakerlərimiz Qarabağ şəhidlərini belə yad etdilər


2-08-2014, 11:43
Hakerlərimiz Qarabağ şəhidlərini belə yad etdilər
DİA.AZ: - Azərbaycan hakerləri Qarabağdakı itkilərimizi bir neçə erməni saytını dağıtmaqla yad ediblər.

DİA.AZ bildirir ki, dağıdılan erməni saytlarının yerində şəhid olan əsgərlərimizin adları və "Başın sağ olsun, Azərbaycan" şüarı yerləşdirilib.

Bildirək ki, dağıdılan erməni saytları arasında rəsmi İrəvana aid bir neçə veb-səhifə də var və proses hələ də davam edir.

Artıq iki erməni saytının 114gov.am-ın və www.libertyarmenia.am-ın işi iflic olub.

***

DİA.AZ-a daxil olan son məlumata görə, daha bir erməni saytı - http://www.gasa.am/ veb-səhifəsi də dağıdılıb. Xəbərdə həmçinin hücumların davam etdiyi də bildirilir...

Geri qayıt