Əsas Səhifə > Siyasət, Manşet > Ziya Məmmədov pullarının bir qismini Azərbaycandan çıxarma qərarı verib

Ziya Məmmədov pullarının bir qismini Azərbaycandan çıxarma qərarı verib


22-07-2014, 09:43
Ziya Məmmədov pullarının bir qismini Azərbaycandan çıxarma qərarı verib
DİA.AZ: - Son aylarda ciddi şəkildə hədəfə çevrilən və hətta görəvdən alınacağı iddia olunan nəqliyyat naziri Ziya Məmmədov deyəsən, Azərbaycanı tərk etmək qərarını verib. Bu ilginc informasiya DİA.AZ-a hökumətdəki mənbələrdən daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, artıq nazir okeanın o tayında ciddi biznes qurub və sərvətinin əhəmiyyətli hissəsini ABŞ-da bir sıra layihələrə sərmayə formasında transfer etdirə bilib.

Bu barədə dia.az-a daxil olan məlumatlarda həmçinin bildirilir ki, Ziya Məmmədov ABŞ-da iri bir şirkətin alınması yönündə də çaba sərf edir. Məlumata görə, həmin şirkət əmlakçılıqla məşğuldur və ABŞ-da kifayət qədər populyardır.

Onu da vurğulayaq ki, Ziya Məmmədov oğlu Anar Məmmədovu artıq ABŞ-ın işgüzar çevrələrində tanıtdıra bilib. Hər halda indiki açıdan görünəni odur ki, Ziya Məmmədov oğlunu ABŞ cameəsinə təsadüfi olaraq yönləndirmirmiş...

Geri qayıt