Əsas Səhifə > Siyasət, Manşet > Oliqarx-məmur Qubanın icra başçısı postuna adamını gətirtmək istəyir

Oliqarx-məmur Qubanın icra başçısı postuna adamını gətirtmək istəyir


14-07-2014, 11:22
Oliqarx-məmur Qubanın icra başçısı postuna adamını gətirtmək istəyir
DİA.AZ: - Quba rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev son zamanlar çətin dövrlərini yaşayır. Bu barədə məlumatı DİA.AZ-a rayondakı qaynaqlar verib.

Daxil olan informasiyaya görə, Mübariz Ağayev hakimiyyətin nüfuzlu məmurlarından birinin hədəfindədir: «Ümumiyyətlə, onun Mingəçevirdən Qubaya təyinatı zamanı bu konflikt yaranıb. Sadəcə olaraq, əvvəlki icra başçısı Rauf Həbibovun qalmaqallı şəkildə devrilməsi fonunda Mübariz Ağayev rahatlıqla Qubaya təyinat ala bildi. Amma bu rayona başqa bir nüfuzlu məmurun adamı icra başçısı gəlməli idi ki, hələ də köhnə ədavət qüvvədədir».

Mənbə dia.az-a bildirir ki, Mübariz Ağayev məhz bu səbəbdən vəzifədə olduğu ilk gündən nişangahda olub: «Onun fəaliyyəti faktiki olaraq lupa ilə izlənilib. İndi də son günlər Qubanın başçısı ilə bağlı ilginc ittihamlar mətbuatda yer tapır ki, bu da əlində lupa fürsət gözləyən dairələrin işinə yarayıb».

Mənbəyə görə, yaxın günlərdə icra başçılarının növbəti ələmə prosesində Mübariz Ağayevin də görəvindən alınması üçün iş görən məlum dairə bu niyyətinə çata bilməsi üçün başçıdan kifayət qədər ciddi ittihamların yer aldığı dosyanı hazırlayaraq hakimiyyətin üst düzəyinə təqdim edib: «Burada başlıca olaraq vurğulanan məqam Mübariz Ağayevin narazı qubalıları ram edə bilməməsindən və Qubada yeni üsyan ab-havasının yetişməsinin iddia olunmasından ibarətdir».

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt