Əsas Səhifə > Siyasət, Manşet > ABŞ-ın Azərbaycandakı səfirliyinə qarşı şok ittiham

ABŞ-ın Azərbaycandakı səfirliyinə qarşı şok ittiham


30-06-2014, 10:11
ABŞ-ın Azərbaycandakı səfirliyinə qarşı şok ittiham
DİA.AZ: - Redaksiyamıza diplomatik qaynaqlardan çox ilginc bir məlumat daxil olub. Söhbət dünənə qədər tək Azərbaycana yox, bütün dünyaya dərs keçməyə qalxan Amerika Birləşmiş Ştatları kimi bir dövlətin Bakıdakı səfirliyinin həyata keçirdiyi maxinasiyadan gedir.

DİA.AZ-a verilən xəbərlərdən belə aydın olur ki, ABŞ səfirliyi keçən il ilginc bir maxinasiya həyata keçirib: «Maxinasiya nəticəsində tanınmış simalardan birinə ABŞ-a viza verilib. Halbuki həmin viza qanunsuz olaraq verilib, sadəcə olaraq tanınmış simanın ABŞ səfirliyinin personalına müəyyən yaxınlığının olması bu saxtakarlığın baş tutmasına nədən olub».

ABŞ-ın Azərbaycandakı səfirliyinə qarşı şok ittiham

Bildirək ki, dia.az-a daxil olan məlumatlarda ABŞ səfirliyindən saxta yolla viza alan şəxsin kimliyi də açıqlanır. Sadəcə olaraq, müəyyən səbəblərdən bu barədə geniş bilgilərin ictimailəşdirilməsini ertələyirik və Amerikanın Bakıdakı elçiliyindən olayla bağlı izahat aldıqdan sonra təfsilatı diqqətinizə təqdim edəcəyik.

Onu da xatırladaq ki, ümumiyyətlə, ayrı-ayrı ölkələrin səfirləri Azərbaycanda özlərini o şəkildə aparırlar ki, hətta ölkəmizin qanunlarını belə istədikləri zaman pozmağa cəsarət edirlər. Açıqladığımız fakt da həmin qeyd etdiyimiz məqamlardan biri kimi qəbul olunmalıdır…

Geri qayıt