Əsas Səhifə > Siyasət, Manşet > Rəqibləri Rövnəq Abdullayevin yerinə hansı kadrı hazırlayırmışlar?

Rəqibləri Rövnəq Abdullayevin yerinə hansı kadrı hazırlayırmışlar?


17-06-2014, 10:32
Rəqibləri Rövnəq Abdullayevin yerinə hansı kadrı hazırlayırmışlar?
DİA.AZ: - «Bir ara Fətullah Gülənlə əlaqələri səbəbindən mətbuatın hədəfinə çevrilən Dövlət Neft şirkətinin prezidenti Rövnəq Abdullayevin rəqibləri geri çəkilməli oldular. Onlar istədiklərinə nail ola bilmədiklərindən bu qərarı veriblər». Bu ilginc iddianı səsləndirən məlumatlı mənbə DİA.AZ-a açıqlamasında bildirir ki, Rövnəq Abdullayevi «devirməyə» çalışan qüvvələr hətta onun yerinə kadr belə hazırlayıbmışlar.

Maraqlı orasıdır ki, ARDNŞ şefinin yerinə gətiriləcək şəxs də bu gün Rövnəq Abdullayevə yaxın birisi kimi tanınır. Hər halda, görüntüdə olanı budur. Amma bu faktın ifşasının ardından belə deməyə əsas yaranır ki, Rövnəq Abdullayev ən azından yaxın çevrəsini təftiş etmək zorundadır. Çünki adamın başının üstündən iş görənlər də var imiş…

Məlumatlı mənbə dia.az-a bildirir ki, rəqib cinah Rövnəq Abdullayevin yerinə hazırda Dövlət Neft Şirkətində (ARDNŞ) İqtisadi məsələlər üzrə vitse-prezident postunu tutan Süleyman Qasımovu gətirməyi düşünürmüşlər. Hətta bununla bağlı müəyyən təbliğat xarakterli tədarüklər də görülübmüş.

Onu da bildirək ki, Süleyman Qasımov bu gün Rövnəq Abdullayevə çox yaxın olan fiqur kimi tanınır…

Geri qayıt