Əsas Səhifə > Siyasət, Manşet > Elşad Abdullayevlə bağlı mücərrəd duruma ilginc izahat verildi

Elşad Abdullayevlə bağlı mücərrəd duruma ilginc izahat verildi


3-06-2014, 11:09
Elşad Abdullayevlə bağlı mücərrəd duruma ilginc izahat verildi
DİA.AZ: - Bir neçə gün əvvəl informasiya verərək bildirdik ki, fəaliyyəti qadağan edilmiş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə bağlı İnterpol tərəfindən qırmızı bülletenlə beynəlxalq axtarış elan edilib ki, bu da sabiq ABU rəhbərinin həbsinin tezləşdirilməsini mümkün edir. Amma ardından bununla bağlı açıqlama verən Elşad Abdullayevin özü DİA.AZ-a ünvanladığı müraciətində bildirdi ki, o, hazırda Parisdədir və hərəkətinə heç bir maneə yoxdur. Eyni zamanda sabiq rektor Azərbaycan dövlətinin tələblərinin Fransada keçərli olmaması iddiasında da bulundu.

Xatırladaq ki, keçmiş rektorun barəsində verilən axtarış qərarı interpolun rəsmi axtarılanlar səhifəsində də təsbit olunmayıb ki, bununla bağlı da Azərbaycanın hüquq-mühafizə orqanlarından verilən rəsmi açıqlamada belə bir izahat verilir: «Elşad Abdullayevin barəsində olan axtarış qərarı İnterpolun qapalı səhifəsində yerləşdirilib».

Hər halda, bu gün də sabiq rektorun orqan alveri ittihamı ilə beynəlxalq səviyyədə axtarıldığı barədə iddialar kifayət qədər şübhələrə qərq olmaqdadır. Həm Elşad Abdullayevin bildirdikləri və həm də keçmiş rektorun barəsində verilmiş axtarış qərarının İnterpol tərəfindən rəsmiləşdirilmiş hala gəlməməsi belə deməyə əsas yaradır.

DİA.AZ-a bu barədə daxil olan son məlumatlar isə vəziyyəti kifayət qədər izah etməkdədir. Bilgili qaynaqlardan daxil olan informasiyaya görə, Azərbaycan tərəfinin sabiq rektorla bağlı verdiyi hüquqi qərar İnterpolun mərkəzi ofisinə yönəldilsə də, Elşad Abdullayevin həbsini tələb edən müvafiq dəlillər hələ də təqdim olunmayıb.

Məlumatı verən mənbə iddia edir ki, bu səbəbdən Elşad Abdullayev özünün də dediyi kimi… Fransada rahat-rahat həyatını sürür və istədiyi yerə gedib-gələ bilir. Vəziyyətin bu şəkildə olması ortaya ilginc qənaəti də çıxarır. Bunu da məlumatlı mənbə dia.az-a bildirib. Mənbənin iddialarına görə, əslində məsələnin bu səviyyədə olması belə deməyə əsas yaradır ki, Elşad Abdullayevin həbsi rəsmi Bakı tərəfindən arzulanmır, sadəcə olaraq onun Azərbaycana dönüşü əngəllənir…

Geri qayıt