Əsas Səhifə > Siyasət, Manşet > 26 Bakı gənci Rusiyaya qarşı savaşmaq üçün Ukrayna səfirliyinə müraciət edib

26 Bakı gənci Rusiyaya qarşı savaşmaq üçün Ukrayna səfirliyinə müraciət edib


2-06-2014, 10:23
26 Bakı gənci Rusiyaya qarşı savaşmaq üçün Ukrayna səfirliyinə müraciət edib
DİA.AZ: - Ukraynada Rusiyaya qarşı savaşmaq üçün bir qrup Azərbaycan vətəndaşı Ukraynanın Azərbaycandakı səfirliyinə müraciət edib. Bu ilginc məlumatı DİA.AZ-a səfirlikdəki mənbələr verib.

Xəbəri verən qaynaq iddia edir ki, hətta 26 nəfərin adından edilən müraciətin müəllifləri rəsmi Kiyevin bu gün böyük bir rus şovinizmi ilə üz-üzə qalmasından bəhs edən duyğusal ifadələri ilə də diqqətə gəliblər. Mənbə dia.az-a həmin müraciətin Azərbaycan türkcəsində olan mətnini də yollayıb:

«Azərbaycan xalqı hər zaman rus zülmündən əziyyət çəkib. Rusiya təkcə tarixi Azərbaycan - Səfəvi Azərbaycan dövlətini bölməklə yetinməyib. Tarixi Axərbaycan torpaqlarını zaman-zaman istədiyi kimi parçalayıb və bu gün məhz rus zülmü sayəsində Azərbaycan torpaqlarında Ermənistan adında dövlət yaranıb, Azərbaycanın Borçalı, Dərbənd, Qarabağ kimi əraziləri işğal olunub.

İndi isə Rusiya Ukraynanı hədəfə alıb. Eyni acını Ukrayna xalqına yaşatmaqdadır. Biz Azərbaycan türkləri olaraq Ukrayna uğrunda Rusiyaya qarşı savaşa hazırıq və əgər Kiyevdən müsbət reaksiya gələrsə, bir əsgər olaraq Ukrayna naminə döyüşlərə qatılarıq.

Allah Ukrayna xalqının köməyi olsun».

DİA.AZ bildirir ki, mənbə müraciət müəlliflərinin məxfiliyini qoruyub.

Geri qayıt