Əsas Səhifə > Siyasət, Manşet > Əfv olunan jurnalist prezidentdən Ucar rayon rəhbərliyi ilə bağlı nələri xahiş etdi

Əfv olunan jurnalist prezidentdən Ucar rayon rəhbərliyi ilə bağlı nələri xahiş etdi


30-05-2014, 09:11
Əfv olunan jurnalist prezidentdən Ucar rayon rəhbərliyi ilə bağlı nələri xahiş etdi
DİA.AZ: - Sonuncu əfv sərəncamı ilə azadlığa çıxmış müstəqil jurnalist Fuad Hüseynov mətbuata müraciət ünvanlayıb. Xatırladaq ki, Ucardakı yerli rəhbərliyin də adının bulaşdığı və bir çox cinayətlərdə ittiham olunan “Kurtlar Vadisi mafiyası” adlı şəbəkə ilə savaşdığı zamanb şərlənərək həbs olunduğunu deyən Fuad Hüseynov müraciətinin bir nüsxəsini də DİA.AZ-a yollayıb.

Həmin müraciəti təqdim edirik: “28 may Respublika Günü münasibəti ilə imzalanan əfv sərəncamına əsasən azadlığa çıxdım. 3-il 7ay 12-gün özüm həbsdə, ailəm azadlıqda əziyyət çəkmişik. Ucar rayon rəhbərliyinin "Kurtlar Vadisi" adlı yaratdıqları cinayətkar dəstsnin cinayət əməllərini ictimailəşdirib ifşa etdiyi ücün onların qəzəbinə tuş gəldim və qondarma ittihamla şərlənərək həbsə atıldım. Cinayət isinin qondarma olmasını təsdiq edən çoxlu sayda sübutlarımıza ölkədaxili məhkəmələr əhəmiyyət vermədi. Çünki sifaris yerinə yetirilməli idi.

Əfv olunan jurnalist prezidentdən Ucar rayon rəhbərliyi ilə bağlı nələri xahiş etdi

Qanunsuz həbsimə dözə bilməyən atam infarkt kecirdib, dünyasını dəyişdi. Mən törətmədiyim cinayətə görə qanunsuz həbs edilib, cəzalandırıldım. Ancaq “Kurtlar Vadisi” adlı quldur dəstəsi yaratmış Ucar rayon rəhbərliyi cəzasız qaldıqları üçün cinayət əməllərini davam etdirirlər. Demək olar ki, Ucarı icra bascısı tam özəlləşdirib, yaşıllıqlar məhv edilib, yerində bazarlar, maqazinlər tikdirir.

Bilirəm ki, bu quldurlar məni rahat buraxmayacaqlar. Növbəti şərlənmə əməliyyatı ilə həbs edəcəklər. Mən mətbuat vasitəsi ilə cənab prezident İlham Əliyevə muraciət edirəm. İlk növbədə minnətdaram ki, məni azad etdiniz. Sizdən xahiş edirəm, azadlığa qənim kəsilmiş Ucar rayon rəhbərliyinin qanunsuz əməllərinin qarşısını alasınız”.

Qeyd edək ki, Ucar rayon məhkəməsinin 26.09.2011-сi il hökmü ilə AR.CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 6-il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmiş Fuad Hüseynov nüfuzlu beynəlxalq təşkilatlar və yerli hüquq müdafiəciləri tərəfindən siyasi məhbus kimi tanınmışdı.

Geri qayıt