Əsas Səhifə > Siyasət, Manşet > Elşad İsgəndərovun vəzifədən alınmasının şok səbəbləri açıqlandı

Elşad İsgəndərovun vəzifədən alınmasının şok səbəbləri açıqlandı


16-05-2014, 10:56
Elşad İsgəndərovun vəzifədən alınmasının şok səbəbləri açıqlandı
DİA.AZ: - Suriyada savaşan azərbaycanlılarla bağlı məsələnin hakimiyyəti ciddi narahat etdiyi heç şübhəsizdir. Elə Milli Məclisdə bununla bağlı cinayət məcəlləsinə əlavələrin edilməsi də deyilənlərin sübutu kimi qəbul edilə bilər.

Bu barədə DİA.AZ-a daxil olan məlumatlara görə, rəsmi Bakı vəhabilərin Azərbaycan ərazisində şəbəkələşməsini önləyə bilməsi üçün çox ciddi tədbirlər planı hazırlayıb.

Mənbə bu arada çox ilginc faktları da açıqlayıb: «Məlumdur ki, dövlət adına bir sıra addımların atılması nəzərdə tutulub. Bunun üçün araşdırmalar da aparılıb. Planın icrasında Qafqaz Müsəlmanları İdarəsi ilə yanaşı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də iştirakçı olmalıdırg. Amma araşdırmalar zamanı aydın olub ki, qurumun sabiq sədri Elşad İsgəndərovun vəhabilərə aid müxtəlif cəmiyyətlərlə səmimi münasibətləri olub».

Mənbəmiz iddia edir ki, Elşad İsgəndərov məhz bu «səmimiyyətinin» güdazına gedib və vəhabilərə qarşı tədbirlərin tədarükündə olan rəsmi Bakı onunla yollarını ayırmaq zorunda qalıb.

Geri qayıt