Əsas Səhifə > Siyasət, Manşet > 28 May ərəfəsində kimlərin qapısı açıla bilər? Ertələnən əfv fərmanı ilə bağlı yeni gəlişmə

28 May ərəfəsində kimlərin qapısı açıla bilər? Ertələnən əfv fərmanı ilə bağlı yeni gəlişmə


11-05-2014, 14:21
28 May ərəfəsində kimlərin qapısı açıla bilər? Ertələnən əfv fərmanı ilə bağlı yeni gəlişmə
DİA.AZ: - 10 May ərəfəsi əfv fərmanının veriləcəyi gözlənilsə də, sonradan bu qərarın 28 May - Respublika Günü münasibətilə rəsmiləşəcəyi haqda informasiyalar yayıldı.

Bu barədə DİA.AZ-a danışan hökumət içindəki mötəbər mənbənin bildirdiyinə görə, ümumiyyətlə, gözlənilən əfv fərmanı ilə bir neçə tanınmış məhbusun azadlığa çıxması planlaşdırılır.

Mənbə bildirir ki, onların arasında sabiq OMON-çular da var. Hansılar ki, ömürlük həbsə məhkum ediliblər və dəfələrlə onların cəzalarının 15 illik cəzaya dəyişdirilməsi ilə bağlı müxtəlif instansiyalara müraciətlər edilib.

Dia.az-a daxil olan məlumata görə, Respublika Günü münasibətilə veriləcək əfv qərarı ilə eyni zamanda bir neçə dindar məhbusun, habelə adı «siyasi məhbus» siyahısında yer alan şəxslərdən bəzilərinin və 2 jurnalistin da azadlığa çıxması gözlənilir.

Geri qayıt