Əsas Səhifə > Siyasət, Manşet > Elmar Məmmədyarovu Moskvada olarkən hədələyiblər - Rusiya Azərbaycanın Qərblə əməkdaşlığını həzm edə bilmir
Elmar Məmmədyarovu Moskvada olarkən hədələyiblər - Rusiya Azərbaycanın Qərblə əməkdaşlığını həzm edə bilmir28-04-2014, 10:01 |
DİA.AZ: - «Bu gün Ukraynada baş verənlər sabah Azərbaycanda baş verə bilər. Çünki Rusiya İrandan da qat-qat artıq əndişə ilə müstəqil Azərbaycan dövlətinin varlığını müşahidə etməkdədir». Bu şok açıqlamanı DİA.AZ-a verən hökumət içindəki mənbə bildirir ki, davamlı olaraq rəsmi Bakıya qarşı Kremldən təzyiqlər edilməkdədir: «Görüntüdə belə bir hal müşahidə olunmaya da bilər. Amma vəziyyət heç də belə deyil. Rusiya Ukrayna ilə paralel olaraq bir neçə cəbhədə «problemlərini» həll etmək fikrindədir. Və Azərbaycan Rusiya üçün ciddi problemdir. Xatırlayırsınızsa, Rusiyadan imtina edən Avropa üçün əsas enerji qaynaqlarından biri kimi Azərbaycanın adı çəkildi. Bəli, bu gün rəsmi Bakı Kremlin çox mühüm planlarına qarşı əks qütbdə dayandığından Rusiyanın bir nömrəli hədəflərindəndir». Mənbəmiz bildirir ki, əslində burada Azərbaycan ehtiyatlı addımları ilə daha çox diqqətə gəlir: «Amma Rusiya istənilən bir addımın şiddətindən daha çox mahiyyətinə reaksiya verən bir ənənəvi siyasətə malikdir. Ona görə də Kremldən son bir ay ərzində Azərbaycana qarşı güclü basqı var. Bu həm də özünü Azərbaycanın rusiyayanlı qüvvələrə münasibətində də göstərməkdədir». Redaksiyamızı bilgiləndirən mənbə maraqlı bir açıqlamada da bulunub: «Bu günlərdə Moskvada olarkən Azərbaycanın XİN rəhbəri ilə Kremlin emissarları arasında çox mühüm danışıqlar olub. Xəzər dənizinin statusu ilə bağlı müzakirələrə qatılan Elmar Məmmədyarova açıq şəkildə bildirilib ki, Rusiya Azərbaycanın Qərbin enerji layihələrində iştirakını yolverilməz hesab edir və bunu Azərbaycanın Rusiyaya qarşı açılmış cəbhədə yer alması kimi qəbul edir». Mənbə dia-az.life-a bildirir ki, Azərbaycanın XİN başçısı Rusiyanın bu hədəsinə qarşılıq olaraq ölkəmizin müstəqil siyasət yürütdüyünü və Rusiya ilə düşmənçilikdə maraqlı olmadığını bildirib. Geri qayıt |