Əsas Səhifə > Siyasət, Manşet > Fuad Nəcəflini Bakıya NİYƏ ÇAĞIRIBLAR?

Fuad Nəcəflini Bakıya NİYƏ ÇAĞIRIBLAR?


26-09-2024, 09:25
Fuad Nəcəflini Bakıya NİYƏ ÇAĞIRIBLAR?
Naxçıvan Muxtar Respublikası rəhbərliyində ciddi silkələnmələr müşahidə olunmaqdadır. Dia-az.İnfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə informasiya yayılıb. Xəbərlərə görə, bir neçə gün bundan əvvəl Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli növbəti gecə müşavirəsi keçirib.

Məlumatlardan belə aydın olur ki, yerli məmurların qarşısında dolaşıq cümlələrlə çıxış edən və bu qeyri-adi çıxışı diqqətdən kənarda qalmayan Fuad Nəcəflinin təlaşlı olması da gözdən yayınmayıb. Hətta Nəcəflinin "vida çıxışı" etdiyi də iddia olunur.

Dia.az.İnfo xəbər verir ki, məhz bundan sonra sirli şəkildə Bakıya yola düşən Fuad Nəcəflidən hələ də xəbər yoxdur.

Onu da bildirək ki, Fuad Nəcəflinin idarəetmə prinsiplərinin paytaxtda heç də müsbət qarşılanmadığı yerli KİV-də iddia olunmaqdadır. Və elə buna görə də, Fuad Nəcəflinin görəvdən alına biləcəyi ehtimalları olduqca yüksəkdir.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...

Geri qayıt