Əsas Səhifə > Siyasət, Manşet > “Həyat yoldaşıma niyə şəhidlik statusu verilmir?”

“Həyat yoldaşıma niyə şəhidlik statusu verilmir?”


29-08-2024, 08:47
“Həyat yoldaşıma niyə şəhidlik statusu verilmir?”
Azərbaycan Ordusunda cəbhə bölgəsində hərbi xidmət borcunu yerinə yetirərkən həyatını itirənlər şəhid sayıldığı hada, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda bu status almaq üçün əlavə xüsusiyyətlər tələb olunur. Ən önəmli fərqləndirici xüsusiyyət isə şəhidin maddi imkanları ilə bağlıdır: hərbçi əgər kasıbdırsa, hərbi xidmət borcunu yerinə yetirərkən həyatını itirərsə, o, şəhid sayılmırmış. Onun şəhid sayılması üçün gərək maddi imkanı da pis olmaya. Hər halda Əlahiddə Ümumqoşun Ordunun manqa komandiri olmuş mərhum Əliyev Qulaməli Müzəffər oğlunun həyat yoldaşı Əliyeva Nəsibə Əzim qızının redaksiyamıza ünvanladığı məktubdan belə anlaşılır.

Əlavə şərhə yol vermədən Ovqat.com redaksiyasına göndərilmiş şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırırıq:

“Hörmətli Heydər müəllim, xahiş edirəm mənim yazdıqlarımı paylaşasınız, lazım olan yerlərə göndərəsiniz. Həyat yoldaşım Əliyev Qulaməli Müzəffər oğlu hərbi hissədə işləyirdi. Onun ölümü də elə orda olub. Maşın qəzasına düşdü, sağ qurtulmadı. Təzə rəhmətə gedəndə işlədiyi hərbi hissəyə getdik ki, haqqı olan şəhidliyi versinlər. Vermədilər. Min cür bəhanə gətirdilər. Verdikləri beş- üç manat pulla başımızı aldatdılar. Mən savadsız adamam, kim nə deyir inanıram. Amma bəzi eşitdiklərim mənim ürəyimi ağrıdır. Əgər bizim qanunlara əsasən, mənim həyat yoldaşım şəhiddirsə, niyə ona bu statusu vermirlər? Suda boğulan, dumanda itkin düşüb ölənələr şəhid adlanır, döyüş bölgəsinə silah- sursat daşıyan əsgər həmin maşında qəzaya düşürsə, şəhid sayılmır? Niyə kasıbın haqqı tapdanır? Başda oturanlar niyə bu işə başısoyuq yanaşır? Mən tələb eləyirəm ki, mənim həyat yoldaşıma haqqı olan şəhidlik adını versinlər. Prezidentimizdən xahiş eləyirəm ki, işini bilməyən vəzifə adamları haqqında tədbir görsün.

Əliyeva Nəsibə Əzim qızı
Şəhid Əliyev Qulaməli Müzəffər oğlunun həyat yoldaşı


ƏLİYEV QULAMƏLİ Müzəffər oğlu haqqında qısa arayış

“Həyat yoldaşıma niyə şəhidlik statusu verilmir?”

Yazaraq sizə bildirirəm ki, 07.10.1960- cı il təvəllüdlü mərhum Əliyev Qulaməli Müzəffər oğlu 27.04.1979-cu il tarixdən 22.05. 1981-ci il tarixədək keçmiş SSRİ Silahlı qüvvələrində müddətli hərbi xidmət keçmişdir. 09.04.2007-ci il tarixdən 29.12.2001- ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində sürücü, 29.12.2001- ci il tarixdən 21.10.2006-cı ilədək isə manqa komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu qismində xidmət keçmişdir.

N saylı hərbi hissədən daxil olmuş 21.10.2006- cı il tarixli 1№- li 135-li bildirişə əsasən, həmin hissənin avtomobil bölüyünün avtomobil taqımının (döyüş sursatı daşıyan) taqım komandirinin müavinin manqa komandiri əsgər Əliyev Qulaməli Müzəffər oğlu hərbi xidmət vaxtı yol nəqliyyatı zamanı əzilmiş döş qəfəsi xəsarəti nəticəsində 21.10.2006- cı il tarixdə Ordubad rayonunun Gənzə kəndində vəfat etmişdir.

Mərhum əsgər Əliyev Qulaməli oğlunun şəxsi işində onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167- ci maddəsinə müvafiq olaraq (vəfat etdiyinə görə) 21.10.2006- cı il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları heyətinin siyahısından çıxarıldığı, ölümünün hərbi xidməti vəzifəsinin icrası ilə bağlı olduğu qeyd edilmişdir”.

Geri qayıt