Əsas Səhifə > Siyasət, Manşet > Abşeronun kəndlərində Etibar Pirverdiyevə təxribatı kimlər icra edir? - Kəndlərdə işıq məqsədli söndürülür?

Abşeronun kəndlərində Etibar Pirverdiyevə təxribatı kimlər icra edir? - Kəndlərdə işıq məqsədli söndürülür?


2-04-2014, 09:56
Abşeronun kəndlərində Etibar Pirverdiyevə təxribatı kimlər icra edir? - Kəndlərdə işıq məqsədli söndürülür?
DİA.AZ: - Sanki «Azenerji» prezidenti Etibar Pirverdiyevin işçiləri Novruz Bayramının çıxmasını göləyirmiş. Hər halda, görüntüdə olanı budur. Belə ki, davamlı olaraq Abşeron rayonu ərazisindən redaksiyamıza şikayətlər ünvanlanmaqdadır. Məsələ isə Novruz Bayramı tətilindən dərhal sonra Abşeronun kəndlərinin zülmətə bürünməsidir.

Məsələn, DİA.AZ-a müraciət edən Məhəmmədi kəndinin sakinləri artıq 1 həftə ərzində üst-üstə 24 saat işıqla təmin olunmadıqlarını deyirlər.

Bu dəqiqələrdə isə redaksiyamıza Abşeron rayonunun daha bir kəndindən - Mehdiabadrdan şikayətlər daxil olub. Dia.az-a müraciət edən kənd sakinləri bildirirlər ki, eyni qaydada onlar da 1 həftədir ki, işıq üzünə həsrət qalıblar.

Abşeronun kəndlərində Etibar Pirverdiyevə təxribatı kimlər icra edir? - Kəndlərdə işıq məqsədli söndürülür?

Sakinlər bildirir ki, Novruz Bayramından dərhal sonra günün eyni saatında gecə 12-dən səhər 10-a qədər hər gün onların işıqları kəsilir: «Biz şikayət üçün Bağlar Elektrik Şəbəkəsi Mehdiabad elektrik sahəsinə müraciət edəndə ən yaxşı halda bizə bildirirlər ki, qəza baş verib. Maraqlıdır, nədən bu qəza günün eyni saatında və özü də hər gün baş verir?»

Sakinlər bildirir ki, Bağlar Elektrik Şəbəkəsi Mehdiabad elektrik sahəsinin Qasımov soyadlı əməkdaşı isə özünü «Bağdadın kor xəlifəsi» kimi hiss edir: «Biz başa düşə bilmirik ki, bu adam kimə və nəyə güvənir? Şikayət edən Mehdiabad sakinləri ilə kobud davranan, hətta aşağılayıcı tonda danışan Qasımovun kimə arxayın olduğunu bilmirik. Eşitmişik ki, Etibar Pirverdiyevi kimlərsə çıxarmaq istəyir. Yəqin elə həmin təxribatçılardır ki, «Azenerji» prezidentini xalqın düşməninə çevirirlər. Amma bizim dərdimiz işıq dərdidir və bu gün problemi yaradan da Bağlar Elektrik Şəbəkəsi Mehdiabad elektrik sahəsidir».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt