Əsas Səhifə > Siyasət, Manşet > Türkiyədəki seçkilərin nəticəsi Azərbaycanı belə «vurdu» - Nurçular ölkəmizi tərk edir

Türkiyədəki seçkilərin nəticəsi Azərbaycanı belə «vurdu» - Nurçular ölkəmizi tərk edir


31-03-2014, 08:20
Türkiyədəki seçkilərin nəticəsi Azərbaycanı belə «vurdu» - Nurçular ölkəmizi tərk edir
DİA.AZ: - “ Bu gün bu millət Türkiyəyə və dünyaya bir mesaj verdi. “Biz burdayıq, bu ölkənin sahibiyik, millət əyilməz, Türkiyə əyilməz” deyə bildi. Biz Türkiyə Cümhuriyyətini küçədən tapmadıq. Ona görə də bu ölkəni Pensilvaniyaya və onun burdakı xain uzantılarına təslim etmərik”. Bu çözləri Türkiyədə növbəti seçkilərdə qələbə qazanan Türkiyənin hakim Ədalət və Qalxınma Partiyasının lideri, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan söyləyib.

Hər halda, bu mesajdan artıq bundan sonra qardaş Türkiyədə nələrin baş verəcəyini təxmin etmək mümkündür. DİA.AZ bildirir ki, Ərdoğan təkcə bunları deməyib. Həm də «Pensilvaniya» kimi nişan verdiyi Fətullah Gülən camaatının seçkinin ardından Türkiyədən qaçacaqlarını da proqnozlaşdırdı.

Əslində Ərdoğanın bu qələbəsi təkcə Türkiyə üçün yox, həm də Azərbaycan üçün mühüm əhəmiyyət daşımış oldu. O səbəbdən ki, bu seçkilərə qədər Türkiyədə baş verənlər Azərbaycanda özünü nəzərə çarpdırdı. Hətta Prezident Administrasiyasının şöbə müdirlərindən biri məhz nurçularla - Ərdoğana seçkilərə ərəfəsində rəqiblik edən Fətullah Gülən camaatı ilə əlaqədə ittiham olunaraq işindən atıldı.

Deməli, Türkiyə ilə yanaşı, Azərbaycanda da bu seçkilərdən sonra çox ciddi dəyişikliklər baş verə bilər. Ölkədən qaçanlar olmasa da, vəzifəsindən alınanlar yüzə yüz olacaq. Və həm də Azərbaycanı tərk etmək zorunda qalanlar da olacaq ki, dia.az olaraq bunun anonsunu hələ Türkiyədə 30 mart seçkiləri ərəfəsində vermişdik.

Redaksiyamızı bilgiləndirən məlumatlı mənbə də təsdiqləyir ki, Türkiyədəki seçkiləri həyəcanla izləyən Azərbaycandakı nurçu dayaqları artıq ölkəmizi tərk etmələri üçün tədarükə girişiblər. Məlumatı verən mənbə dünən axşam saatlarından tədarükün başladığını təsdiqlədi.

Mənbənin söylədikləri: «Əslində tədarük 2 həftədir ki, başlayıb. Nurçulara aid biznes strukturları, onların rəhbərləri, nümayəndələri öz varidatlarını Azərbaycandan təcili şəkildə çıxarmağa başlayıblar. Bu isə gözlənilən prosesin həyəcanı kimi qəbul edilməlidir».

Qeyd edək ki, dünənə qədər təkcə Azərbaycanın təhsil sistemində deyil, həm də biznes strukturlarında, habelə bir sıra dövlət qurumlarında nurçular özlərinə böyük imkanlar əldə etmişdilər. Türkiyə hökuməti ilə Gülən camaatının münasibətləri gərginləşdikdən sonra isə anoloji proses Azərbaycanda da start götürdü və Gülən camaatı son bir ayda böyük zərbə almış oldu. Prosesin bundan sonra isə daha da şiddətli xarakter alacağı artıq şübhə doğurmamaqdadır.

Geri qayıt