Əsas Səhifə > Siyasət, Manşet > KRİSTAL ZİBİLXANA...

KRİSTAL ZİBİLXANA...


1-08-2024, 09:54
KRİSTAL ZİBİLXANA...
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən “Kristal Abşeron-1” yaşayış kompleksinin ərazisini üfunət bürüyüb. Dia-az.İnfo xəbər verir ki, bu barədə sakinlər tərəfindən məlumat daxil olub. Xatırladaq ki, bir neçə gün əvvəl də eyni ünvanda zibillər qalaqlanmışdı və yerli KİV-də məsələ ictimailəşəndən sonra zibil təmizləndi.

Amma görünür, yenə də məsələyə mətbuat qarışmalıdır. Bunu qeyd edən sakinlər Dia-az.İnfo-ya gileylərində bildirirlər ki, yoxsa ərazidə min-bir xəstəlyin yayılma ehtimalı yüksəskdir.

Onların sözlərinə görə, buna səbəb zibil qutularındakı məişət tullantılarının vaxtında daşınmamasıdır. Sakinlər deyir ki, məhz tullantıların vaxtında daşınmamasına görə ərazini üfunət bürüyür.

Tullantıların daşınmasına görə hər ay kommunal haqq ödədiklərini söyləyən sakinlər yaşayış kompleksinin ərazisində antisanitar vəziyyətin hökm sürdüyünü iddia edirlər.

Onlar bununla bağlı dəfələrlə kompleksin səlahiyyətli şəxslərinə müraciət ünvanladıqlarını, amma buna baxmayaraq, problemin həll olunmadığını və yaxud da olunsa da, oxşar vəziyyətin müəyyən müddətdən sonra yenə yarandığını bildirirlər.

KRİSTAL ZİBİLXANA...
KRİSTAL ZİBİLXANA...

Geri qayıt