Əsas Səhifə > Siyasət, Manşet > İqtidar daxilində həlleidici münasibət aydınlaşması - May ayında əsas qalib bəlli olacaq

İqtidar daxilində həlleidici münasibət aydınlaşması - May ayında əsas qalib bəlli olacaq


22-03-2014, 11:19
İqtidar daxilində həlleidici münasibət aydınlaşması - May ayında əsas qalib bəlli olacaq
DİA.AZ: - Hakimiyyət içində gərginliklər hələ də şiddətini qorumaqdadır. Bu barədə DİA.AZ-a məlumatlı mənbə xəbər verib. Qaynağın iddialarına görə, son günlər təhsil sistemində, Prezident Administrasiyasında və Bakı metropoliteni rəhbərliyində baş verən dəyişikliklər də əslində iqtidardaxili çəkişmələrin təzahürü kimi dəyərləndirilməlidir.

Mənbənin söylədikləri: «Yeni dəyişikliklər olacaq. Tərəflər bir-birilərinə zərbə vururlar. Çünki baş verən kadr islahatlarının biri bir qruplaşmanın marağı daxilindədirsə, digəri də əks qütbə sərf edirmiş kimi təəssüratı bağışlayır. Yəni bir sözlə, iqtidar daxilində də qüvvələr arası balans sanki qorunmaqdadır».

Mənbəmiz iddia edir ki, amma tərəflərin münasibətlərindəki gərginliyin bu şəkildə qorunması heç də ümumiqtidar maraqları baxımından sərfəli olmadığından əsas dəyişikliklər qaçılmazdır: «Bunun may ayına qədər baş verəcəyi gözlənilir. Bax, o zaman sonuncu gülən tərəf də bəlli olacaq. Hələlik bütün qələbələr müvəqqəti və ötəridir»

Geri qayıt