Əsas Səhifə > Siyasət, Manşet > Hakimiyyət daxilində böyük dəyişikliklərin anonsu verildi

Hakimiyyət daxilində böyük dəyişikliklərin anonsu verildi


17-03-2014, 10:06
Hakimiyyət daxilində böyük dəyişikliklərin anonsu verildi
DİA.AZ: - «Hakimiyyət islahatlara getmək zorundadır və əgər dəyişiklik yaxın aylarda baş verməzsə, qarşısının alınması çətin olacaq təhlükəli hadisələr baş verə bilər». Bu şok iddianı redaksiyamıza açıqlamaında ifadə edən hökumət içindəki mötəbər mənbə DİA.AZ-a ilginc faktları da təqdim edib.

Mənbə bildirir ki, bu gün hakimiyyət daxilində ciddi parçalanma var: «Köhnələr və yenilər… Köhnələr gediş vaxtlarının yetişdiyinin fərqindədir. Ona görə də kifayət qədər təcrübəsiz olan yenilərə problemləri asanlıqla yaradırlar. Nəticədə özlərinə ehtiyac yaranır. Süni şəkildə vəzifədəki ömürlərini uzadırlar.

Faktiki olaraq görünəni odur ki, köhnələr mövqeləri naminə istənilən bir pisliyə hazırdırlar. Onlar üçün Azərbaycan insanının taleyi heç bir əhəmiyyət daşımır. Daha çox qanın tökülməsinə belə gedə bilərlər. Təki onlar öz maraqlarını təmin etsinlər».

Mənbəmiz iddia edir ki, artıq belə bir tədarükün ilkin simptomları müşahidə olunmaqdadır: «Buna görə də təcili şəkildə radikal addımlar atılmalıdır. Hakimiyyət buna məcburdur. Əks halda, köhnələr mövqeləri naminə daha təhlükəli oyunlara gedə bilərlər. Buna dəfələrlə şahidlik etmişik».

Mənbəmiz iddia edir ki, məhz bu səbəbdən may ayına qədər çox böyük dəyişikliklər baş verəcək: «Vəziyyət tamam fərqli yöndə dəyişəcək. Bu gün kimlərsə şişirtmələr hesabına güclü görünə bilər. Amma reallıq tamam fərqlidir. Bunu görəcəksiniz».

Geri qayıt