Əsas Səhifə > Siyasət, Manşet > 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi ilə bağlı ŞOK İDDİA

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi ilə bağlı ŞOK İDDİA


27-02-2024, 10:10
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi ilə bağlı ŞOK İDDİA
Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi ilə bağlı müəyyən informasiyaları təqdim etmişdik.

YAZISI BURADA: Burada xəstələrin pensiya kartları ƏLLƏRİNDƏN ALINIR... - BU NƏDİ BELƏ?!

dia-az.media bildirir ki, bu iddialar ciddi olsa da, nədən hansısa aidiyyaı qurum tərəfindən ciddiyə alınmadı, reaksiyasız buraxıldı. Biz isə vəd etdiyimiz kimi yazının davamını təqdim edirik... Beləliklə...



Etibarlı mənbədən aldığımız informasiyaya görə, bu yaxında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində xəstələrdən iki nəfəri digərləri tərəfindən zorlanıb. Müəssisə rəhbərliyi təsərrüfat bacısı Kübra və sanitar Lalə adlı iki işçini zorlananların yaxınlarının üstünə minnətə göndərib. Amma danışıqlardan gözlənilən nəticə alınmayıb. Bundan sonra direktorun Kübra xanıma və nəzarətçi işləyən əri Qurbana acığı tutub. Təsərrüfat bacısını və ərini bu hadisədə məsuliyyətsizlikdə suçlayıblar və öz hesablarına məzuniyyətə göndəriblər. Məzuniyyət müddətləri bitəndən sonra birdəfəlik yola salınacaqları ehtimal olunur. Halbuki, Kübra xanımın iş vaxtı səhər saat 9-dan axşam saat 5-ə kimidir, Qurban da gündüz növbəsində işləyir. Bəlli olduğu kimi, zorlama hadisələri isə gecə saatlarında baş verib.

Murad Qəhrəmanlının adının mənfi mənada hallandığı məsələlərdən biri də rəhbərlik etdiyi müəssisəyə alınan yumşaq inventarların, dərman və sarğı ləvazimatlarının, paltar və yorğan-döşək dəstlərinin, azqiymətli, tezxarabolan əşyaların, hazır yeməklərin təchizatçısı olan malgöndərən firmalarla “centlmen sövdələşmələridir”. Bildirilir ki, müəssisə rəhbəri onun korruptiv şərtləri ilə razılaşan podraçılarla anlaşaraq məhz onları keçirdiyi tenderlərdən, kotirovka sorğularından “qalib” çıxarır. Nəticədə kəmiyyəti kağız üzərində göstərilən malların və xidmətlərin az bir qismi müəssisədə təyinatı üzrə çatır, qalan çox hissəsinin dövlət tərəfindən ödənilən pulu isə nağdlaşdırılaraq sövdəgərlər arasında bölünür. Bundan başqa, qeyd olunur ki, dini, milli və dövlət bayramlarında da xeyriyyəçilərin xəstələrə göndərdikləri ianələrin, ərzaq sovqatlarının da xeyli hissəsi mənimsənilir.

Mövzuya yenidən qayıdacağıq.

Deryaz.az

Geri qayıt